Gündəm
Dünyanın bir nömrəli narkobaronuna gözlənilməz DƏSTƏK
Dünyanın bir nömrəli narkobaronu sayılan və hazırda ABŞ həbsxanasında cəza çəkən, "El Çapo" ləqəbli meksikalı Xoakin Quzmana gözlənilməz dəstək gəlib. Beynəlxalq Əfv Təşkilatı "El Çapo"nun ağır həbsxana şəraitinə görə ABŞ-ı tənqid edib.
ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirilib
Martın 31-də Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin təşkilatçılığı ilə “Erməni daşnaklarının azərbaycanlılara qarşı soyqırımı” mövzusunda I elmi konfrans keçirilib.
Deputat: “Ermənilərin törətdkləri qırğınların kökündə ərazi iddiaları dayanırdı”
“1918-1919-cu illər xalqımız üçün ağır oldu. Şaumyanın rəhbərliyi ilə 15 min nəfərlik silahlı dəstə yaradıldı. Daşnakstyun partiyasının 4 min nəfərlik ordusu da buraya qoşuldu. Məqsəd Bakı və digər əraziləri azərbaycanlılardan təmizləmək idi.
Pərviz Həşimli Eldar Mahmudovu şoka saldı- GÖZLƏNİLMƏZ ZƏNG
Bir ildən artıqdır ki, ölkə gündəmi Eldar Mahmudovun və onun MTN-dəki mütəşəkkil cinayətkar dəstəsinin əməlləri barəsindədir. Eldar Mahmudov özü həbs olunmsa da, nazirliyin ali zabit heyətinə daxil olan 20 şəxs barəsində istintaq və məhkəmə prosesi gedir. Ötən bir il ərzində barəsində müxtəlif fikirlər yayılan sabiq nazirin özü isə ortalıqda yoxdur. Kimisi onun ev dustaqlığında saxlandığını, kimisi də sərbəst şəkildə həyatına davam etdiyini bildirir.
“Astana EXPO-2017” Beynəlxalq Sərgisinə hazırlıq məsələləri müzakirə edilib
İyunun 10-dan sentyabrın 10-na qədər Qazaxıstanın paytaxtı Astanadak keçiriləcək “EXPO-2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisinə hazırlıq prosesi energetika naziri Natiq Əliyevin rəhbərliyi və Azərbaycan Milli Pavilyonunun tərtibat və quraşdırma işlərinə məsul olan “Adunic AG” şirkətinin nümayəndəsi Gökan Yılmazın iştirakı ilə müzakirə edilib.
Fransada matçlara pul qoyuluşu edən futbolçuların cəzaları açıqlanıb
Fransa Peşəkar Futbol Liqası matçlara pul qoyuluşu edən oyunçuların cəzalarını açıqlayıb. "Report"un "L'Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, dörd futbolçudan ikisi sərt sanksiya ilə üzləşib.
Peskov: "Rusiya-ABŞ münasibətləri “soyuq müharibə” dövründəkindən də pisdir”
"Rusiya-ABŞ münasibətləri “soyuq müharibə” dövründəkindən də pisdir”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın ABC telekanalında “Good Morning America” verilişində deyib. “Yeni "soyuq müharibə"? Əvvəlki ABŞ administrasiyasının addımlarını nəzərə alsaq, ola bilsin ki, münasibətlər daha pis durumdadır”, - deyə o vurğulayıb.
Siyavuş Novruzov: Aprel döyüşləri göstərdi ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil və hər an alışa bilər
“Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, Ali Baş Komandanın uzun illərdir orduya göstərdiyi diqqəti, ordunun müasir silahlarla təchiz olunmasını, Silahlı Qüvvələrimizin doyüş qabiliyyətini və ruh yüksəkliyini, ordu-xalq birliyini və xalq-iqtidar birliyini bariz şəkildə nümayiş etdirdi”.
Aprel döyüşləri qəhrəmanından şok açıqlama - "Düşmən qaçdığına görə öz 15 əsgərini güllələmişdi"
"Biz artıq neçə il idi ki, ötən ilin aprelində olan anı gözləyirdik. Ali Baş Komandanımız, cənab prezident İlham Əliyev uzun illərdir ki, bu problemi sülh yolu ilə həll etməyə, torpaqlarımızı geri qaytarmağa çalışır. Lakin düşmən aprel ayında elə fikirləşdi ki, ordumuz gücsüzdür, biz o tikanlı məftilləri aşa bilmərik. Həmin günlərdə bizə məlumat sızdı ki, düşmən tanklarla və piyadalarla hücuma keçir. Biz bu məlumatı əldə etdik və aprelin 2-nə keçən gecə onların kəşfiyyat-diversiya qruplarının qarşısını aldıq".
“Qafqazda erməni məsələsi” MEK - ə daxil olub
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) “Teas Press” nəşriyyat evi ilə əməkdaşlığı nəticəsində “Qafqazda “erməni məsələsi”. Rusiya arxiv sənədləri və nəşrləri üzrə” üçcildliyi MEK-ə daxil olub. Mərkəzdən “Olaylar" – a bildirilib ki, Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən hazırlanan üçcildlik Londonda tanınmış “Garnet” nəşriyyatında ingilis dilində nəşr olunub. Nəşrin baş redaktoru AAC-ın sədri Tale Heydərovdur. Üç cildlik topluda dünya tarixşünaslığında ilk dəfə olaraq Qafqazda "erməni məsələsi" (1724-1914-cü illər) xüsusi problem kimi irəli sürülür. Bu problem Rusiya Dövlət Tarix Arxivi (Sankt-Peterburq) və Rusiya Dövlət Hərbi Tarix Arxivindən (Moskva) aşkar edilmiş, uzun müddət "məxfi" və "tamamilə məxfi" qrifi ilə mühafizə olunan otuzdan çox müxtəlif işlərdən toplanmış nadir sənədlər və nəşrlər əsasında kompleks şəkildə təqdim edilir.
Ağamusa Axundovun - 85
AMEA Mərkəzi Elmi Kitabxanasının Sərgi salonunda görkəmli dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı Ağamusa Axundovun 85 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub.
İstanbulda banka silahlı basqın olub, iki nəfər yaralanıb
İstanbulun Pendik rayonunda bankı qarət etmək istəyənlərlə mühafizə xidməti əməkdaşları arasında atışma baş verib. Atışma nəticəsində soyğunçular və mühafizə xidmətinin əməkdaşlarından biri yaralanıb.
Güclü külək məktəbin dam örtüyünü uçurdu - Neftçalada
Neftçala rayonunda məktəb binasının dam örtüyü uçub. Neftçala rayon Fövqəladə Hallar Komissiyasından report-a verilən məlumata görə, bu gün günorta saatlarından etibarən rayonda güclü külək əsməyə başlayıb. Küclü külək nəticəsində rayonun Xıllı qəsəbə 1 saylı tam orta məktəb binasının dam ötüyü uçaraq yerə düşüb. Dərs saatları olmadığından xəsarət alan olmayıb. Lakin, məktəbin binasına ciddi ziyan dəyib. Qeyd edək ki, məktəb binasının dam örtüyü ötən ilin yayında yenilənmişdi.
Arvadı ilə gəzən kişini ailəsi qarışıq qətlə yetirdi - 4 günlük QƏTL SİRRİ
Türkiyənin Adana vilayətinin Kozan mahalında bir ailənin 5 üzvünün qətlə yetirilməsinin pərdəarxası olaydan 4 gün sonra məlum olub. Ölənlərdən birinin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən birinin həyat yoldaşı ilə əlaqəsi olduğu ortaya çıxıb. Qətlin törədildiyi gecə spirtli içki qəbul etmiş halda İbrahim Açıkgöz ilə birgə dostları Həmdi İncəli və Murat Tosun da saxlanılıb. Bir ailənin 5 üzvünü Murat Tosun ilə İbrahim Açıkgözün qətlə yetirdiyi, Həmdi İncəlinin də onları hadisə yerinə avtomobili ilə gətirib-apardığı məlum olub.
MTN-in sabiq şöbə rəisinin məhkəməsində “Texnibank”ın rəhbəri ifadə verib
Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyiİstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.














