Dünyanın bir nömrəli narkobaronuna gözlənilməz DƏSTƏK

Dünyanın bir nömrəli narkobaronu sayılan və hazırda ABŞ həbsxanasında cəza çəkən, "El Çapo" ləqəbli meksikalı Xoakin Quzmana gözlənilməz dəstək gəlib. Beynəlxalq Əfv Təşkilatı "El Çapo"nun ağır həbsxana şəraitinə görə ABŞ-ı tənqid edib.

"Aydın məsələdir ki, Xoakin Quzman cinayət işlədib. Təbii ki, onun həbsi normaldır. Ancaq 23 saat qapalı kamerada saxlanılması, sadəcə 1 saat gün işığına icazə verilməsi doğru deyil. Yersiz cəzadır" - Beynəlxalq Əfv Təşkilatının bəyanatında qeyd olunub.

Xatırladaq ki, narkobaron Xoakin Quzman ötən ilin əvvəlində Meksikada saxlanıldığı həbsxanadan qaçmış, ancaq ilin sonunda ABŞ xüsusi təyinatlılarının yardımı ilə yenidən tutularaq Nyu-Yorkda ciddi mühafizə olunan həbsxanaya köçürülmüşdü. Milli.Az istipress-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31