Ağamusa Axundovun -  85

AMEA Mərkəzi Elmi Kitabxanasının Sərgi salonunda görkəmli dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı Ağamusa Axundovun 85 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub.

AMEA Mərkəzi Elmi Kitabxanasının Sərgi salonunda görkəmli dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı Ağamusa Axundovun 85 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub. Mərkəzdən "Olaylar" - a bildirilib ki, sərgidə tanınmış alimin müəllifi olduğu "Müasir Azərbaycan dilinin fonetikasından mühazirələr ", "Ümumi dilçilik ", "Azərbaycan dilinin fonemlər sistemi", "Dil və ədəbiyyat", "Riyazi dilçilik" və başqa elmi əsərləri, haqqında yazılmış Azərbaycan və rus dillində olan kitablar və dövri mətbuat materialları sərgilənir.

Sərgi 15 gün müddətində nümayiş olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31