Gündəm
“Ağıllı” saat smartfonu enerji ilə dolduracaq
Avtonom iş vaxtı əksər müasir smartfonların zəif cəhətlərindən biridir. Qurğulara daim "Bluetooth" vasitəsilə məlumat mübadiləsi edən "ağıllı" saatlar qoşulduqda isə avtonomluq daha tez azalmağa başlayır. Lakin bunu smartfona qoşulmayan, daxil olan bildirişlər barədə məlumat verməyən və istifadəçinin fiziki aktivliyini izləməyən yeni "Uvolt" "ağıllı" saatına şamil etmək olmaz. Bunun əvəzinə "ağıllı" saat fövqəladə vəziyyətdə smartfonu enerji ilə doldura bilir.
Selena Qomez ərə gedir
Üç aydır sevgili olan müğənnilər Selena Qomez və "The Weeknd" ləqəbli Abel Makkonen Tesfaye evlənirlər. Təzə sevgililər toy hazırlıqlarına başlayıblar. Yaxınları bildirib ki, Selena "O, mənim ruh əkizimdir və evlənmək üçün daha çox gözləmək istəmirəm" deyib.
Niyə kişilər özlərindən böyük qadınları seçir?
Bir çox kişilərin özlərindən yaşca böyük qadınlara üstünlük verməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bəs kişilərin nə üçün yetkin qadınlarla birlikdə olduqlarını bilirsinizmi? Bunun bir neçə səbəbi ilə sizi tanış edirik.
Şimali İrlandiyalı futbolçu Azərbaycana qarşı oynamayacaq
Şimali İrlandiya milli komandasının futbolçusu Korri Evans Azərbaycan yığması ilə Bakıda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçında böyük ehtimalla iştirak etməyəcək.
İran səfiri Bakı Dövlət Universitetində olub
İranın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə vəİran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmov qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edib, son illər ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etməsindən danışıb. İranın bir neçə ali təhsil ocağı ilə uğurlu əməkdaşlıq əlaqələrindən danışan rektor birgə tədqiqatların aparılması və dərsliklərin, jurnalların hazırlanmasından bəhs edib. Rektor davamlı olaraq fars dili olimpiadası və bayramlarının keçirilməsini, BDU müəllimləri və tələbələrin İran universitetlərində təşkil olunan beynəlxalq konfranslarda iştirakını diqqətə çatdıraraq bu işlərin həyata keçirilməsində səfirlik və Mədəniyyət Mərkəzinin dəstəyini yüksək dəyərləndirib, fəaliyyəti başa çatmaqda olan İbrahim İbrahimiyə minnətdarlığını bildirib.
Azərbaycan kubokunda iki cəzalı
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. "İnter" - "Qəbələ" qarşılaşmasında (1:3) xəbərdarlıq alan oyunçulardan ikisi cavab matçını buraxacaq.
MTN polkovnikinin məhkəməsi başlayıb
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Cocuq Mərcanlıda tikinti işlərinin başa çatacağı müddət BİLİNDİ
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 50 fərdi evin və məktəb binasının tikintisi may ayının sonunadək başa çatacaq.
31 Mart-Azərbaycanlıların soyqırımı günü münasibətilə tədbir keçirilib
31 Mart-Azərbaycanlıların soyqırımı günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər davam etdirilir. Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 31 mart 2017-ci il tarixində rayon ərazisində yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət qalereyasında növbəti tədbir keçirilib.
Tanınmış ekspert sürücünü danaya bənzətdi
"Sərnişinlə dolu vəziyyətdə hərəkət edən avtobusun sükanı arxasında telefonda oyun oynayan sürücünün davranışının motivasiyası barədə xeyli düşündüm. İnsana aid motivasiya tapmaqda çətinlik çəkdim".
"Deyir qaçqınlar, gəlib "cip" aldılar"
Şuşanın bütün daşları, qayaları, gözəl binaları, küçələri, on yeddi məhəlləsi indi də mənim xatirəmdədir. Bu gün də gözlərimi yumub Şuşanın hər qarışını xatırlaya bilirəm.
Avropada 356 məscid hücuma məruz qalıb
Avropada 2015-2016-cı illərdə 356 məscid hücuma məruz qalıb. Bunu Türkiyə Dəyanət İşləri İdarəsinin sədri Mehmet Görməz bildirib.
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin ictimai-siyasi xadimləri, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri tərəfindən təbriklər gəlməkdə davam edir.
Azərbaycanla İsveçrə arasında viza haqqında saziş qüvvəyə minir
Sabahdan Azərbaycanla ilə İsveçrə arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında saziş qüvvəyə minir Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, 10 oktyabr 2016-cı il tarixində İsveçrənin Bern şəhərində imzalanmış və 16 dekabr 2016-cı il tarixli 464-VQ nömrəli qanunla AR Prezidenti tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş, o cümlədən Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş 1 aprel 2017-ci il tarixində qüvvəyə minir.
Şagird qız 1 dəqiqəyə görə İNTİHAR ETDİ
Türkiyənin Çanaqqala bölgəsinin Biga Mahalında 12 mart - bazar günü keçirilən sınaq imtahanına bir dəqiqə gecikən qız dəhşətli addım atıb. Biga Atatürk Anadolu Liseyinin 4-cü sinif şagirdi Büşranur Kalaycı imtahana buraxılmayınca intihar edib.














