Azərbaycan kubokunda iki cəzalı

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. "İnter" - "Qəbələ" qarşılaşmasında (1:3) xəbərdarlıq alan oyunçulardan ikisi cavab matçını buraxacaq.

Bunlar Tərlan Quliyev və Rafael Santosdu. "Kəpəz"lə 1/4 finalın ilk matçında da cəzalanan Tərlan "İnter"ə səfər oyununda kömək edə bilməyəcək.
 
Braziliyalı müdafiəçi isə ilk "sarı"sını "Zaqatala" ilə 1/8 final matçında almışdı. Onun komandası böyük ehtimalla mərhələ keçəcəyindən arxa xətt oyunçusu finalı gözləyə bilər. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31