Tanınmış ekspert sürücünü danaya bənzətdi

"Sərnişinlə dolu vəziyyətdə hərəkət edən avtobusun sükanı arxasında telefonda oyun oynayan sürücünün davranışının motivasiyası barədə xeyli düşündüm. İnsana aid motivasiya tapmaqda çətinlik çəkdim".

"Sərnişinlə dolu vəziyyətdə hərəkət edən avtobusun sükanı arxasında telefonda oyun oynayan sürücünün davranışının motivasiyası barədə xeyli düşündüm. İnsana aid motivasiya tapmaqda çətinlik çəkdim".

Bunu yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.


Ekspertin sözlrinə görə, bu barədə eşitdikdə gözü önündə belə bir mənzərə yaranıb: "Qəssabxananın qabağında bir dananı ayağından asıb soyurlar, bir az kənara bağlanan dana isə ona baxaraq gövşəyir. Anlamır ki, soyulanın əti qurtarandan sonra onun kəsilmə növbəsi olacaq. Avtobusu belə idarə edən "sürücü"nün beyni kənardan gələn informasiya üçün elə qəssabxananın yanındakı dananın beyni kimi qapalıdır. Bu adam bir dəfəyə 6 gənci öldürən sürücü barədə də eşitməyib. Hər gün olan qəzalar, sürücü intizamsızlığı, belə şeylərə görə cəzalar olması da bu adama gedib çatmayıb. Doğurdan faciədir". Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31