Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin ictimai-siyasi xadimləri, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri tərəfindən təbriklər gəlməkdə davam edir.
31 Mart 2017 18:23 SiyasətMehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin ictimai-siyasi xadimləri, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri tərəfindən təbriklər gəlməkdə davam edir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı Vatikan Müqəddəs Taxt-Tacının Pontifik Şurasının sədri Canfranko Ravazi, BMT-nin Ərzaq Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva təbrik ediblər. Xanım Mehriban Əliyevaya Birinci vitse-prezident təyin olunması münasibətilə Azərbaycanın Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Fransanın "Thales Alenia Space" şirkətinin prezidenti Jan-Lö Qalle də təbrik məktubları ünvanlayıblar. Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir. AZƏRTAC