Şimali İrlandiyalı futbolçu Azərbaycana qarşı oynamayacaq
Şimali İrlandiya milli komandasının futbolçusu Korri Evans Azərbaycan yığması ilə Bakıda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçında böyük ehtimalla iştirak etməyəcək.
31 Mart 2017 18:55 İdmanŞimali İrlandiya milli komandasının futbolçusu Korri Evans Azərbaycan yığması ilə Bakıda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçında böyük ehtimalla iştirak etməyəcək. "The Irish News" nəşri 27 yaşlı yarımmüdafiəçinin qasıq nahiyəsindəki zədədən əziyyət çəkdiyini yazıb.
İngiltərənin "Blackbern" klubunda forma geyinən Evans yanvarın 2-dən bəri meydana çıxa bilməyib. O, martın 26-da Norveç millisinə qarşı 2018-ci il dünya çempionatının seçmə oyunu üçün Şimali İrlandiya yığmasına çağırılsa da, komanda ilə birlikdə tam olaraq məşq etməyib.
Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya matçı iyunun 10-da "Bakcell Arena"da keçiriləcək. 5 turdan sonra C qrupuna aktivində 15 xal olan Almaniya millisi başçılıq edir. Şimali İrlandiya 10 xalla 2-ci, Çexiya 8 xalla 3-cü, Azərbaycan 7 xalla 4-cü, Norveç 3 xalla 5-cidir. Hələ xal toplamayan San-Marino isə sonuncu pillədə qərarlaşıb. Goal.az