Gündəm
Məşhur model intihar etdi
Lerikə apreldə qar yağdı
“Bakı Marafonu 2017” ADMİU-nun qonağı olub
Gürcüstanda NATO günləri keçiriləcək
Koalisiya 396 dinc sakinin öldüyünü etiraf etdi
“Galaxy S8” smartfonu “Bluetooth” vasitəsilə eyni zamanda iki qurğuya səsi ötürəcək
“Samsung” şirkətinin yeni qabaqcıl “Galaxy S8” smartfonu “Bluetooth” vasitəsilə ona qoşulmuş iki qurğuya eyni zamanda audioaxın ötürmək funksiyası ilə təchiz ediləcək. Bu haqda şirkətin rəsmi saytında dərc edilmiş istifadəçi kitabçasında yazılıb.
Güclü küləyin sağlamlığa 7 MƏNFİ TƏSİRİ
Hələ dahi Hippokrat və Parasels elmi əsərlərində havanın insan sağlamlığına ciddi təsirini qeyd edirdilər. Müasir tibb də havanın insan sağlamlığına olan təsirini təsdiqləyir. Yağış, güclü külək, hava temperaturunun və atmosfer təzyiqinin kəskin dəyişilməsi əksər insanların sağlamlığına təsirsiz ötüşmür.
SOS! Qızılca sürətlə yayılır: “Ölüm halları var”
2017-ci ilin yanvar ayında Avropada 500 qızılca halı qeydə alınıb. Fevralda isə bu rəqəmlər daha artıq olub. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı öz rəsmi saytında məlumat yerləşdirib. Təşkilat Avropa ölkələrində qızılcanın sürətlə yayılması barədə həyəcan təbili çalır. Hazırda virus yayılmaqda davam edir və rəqəmlərin artdığı deyilir. Qızılca nədir, necə yayılır, fəsadları hansılardır? Bu və digər suallarını pediatr Vaqif Qarayev cavablandırıb.
Türkiyənin məşhur aktyoru vəfat edib
Türkiyənin məşhur aktyoru Halit Akçatepe vəfat edib. Aktyor 79 yaşında dünyasını dəyişib. H.Akçatepenin ölümünə səbəb damar tıxanması olub.
Devid Bekhem qızı və oğulları ilə - fotolar
Keçmiş futbolçu Devid Bekhem Los-Anceles hava limanında paparassilərin hədəfinə düşüb. 5 yaşlı qızın Harperin əlindən tutan Devidin digər uşaqları Bruklin, Romeo və Kruz da onunla olub.
Gənclər Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər
Martın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Akademiyanın Tələbə Gənclər Təşkilatının fəalları və Fondun nəzdində yaradılan “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri Qubaya səfər ediblər. Fonddan “Olaylar” – a bildirilib ki,erməni millətçiləri tərəfindən 1918-ci il martın 31-də Azərbaycanın əksər bölgələrində törədilən soyqırımın 99-cu ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən gənclərə həmin dövrdə xalqımızın yaşadığı faciələr tarixi faktlar və əyani sübutlarla izah olunub.
“Şəhidlər ölməz,Vətən bölünməz”
Mart 31-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında aprel şəhidlərinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən Bölünməz” adlı tədbir keçirilib.
ADMİU-da 31 mart Azərbaycanlıların Soyqırımı Günü
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.Universitetdən “Olaylar” – a bildirilib ki, tədbiri giriş sözü ilə açan Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva tələbələrə Azərbaycanın tarixinə yazılan bu günün önəmindən və törədilən soyqırımda həlak olan insanların yaşadığı faciədən bəhs edib. İnsan faktları kontekstində, dünya tarixində, müasir həyatımızda soyqırım ilə bağlı məlumatlara tez-tez rast gəldiyimizi və beynəlxalq səviyyədə müzakirə olunan aktual məsələlərdən birinə çevirildiyini söyləyib. Azərbaycana qarşı qanlı cinayətləri dünya ictimaiyyətinə, gələcək nəsillərə çatdırmaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin önəmini vurğulayıb.
Hansı messencer daha təhlükəsizdir?
“Solar Security” şirkətində çalışan mütəxəssislərin qənaətinə görə, bütün populyar messencerlər haker hücumlarına qarşı dayanıqsızdır. Bu şirkət avtomatik ikilik təhlil texnologiyasının köməyi ilə 9 ən populyar messencerin kodunu yoxlayıb: “Telegram”, “WhatsApp”, “Viber”, “Facebook Messenger”, “Signal”, “Slack”, “Skype”, “WeChat” və “QQ International”. Məlum olub ki, yalnız “Android” platformasında işləyən “Signal” messenceri kritik boşluqlara malik deyil. Ancaq sözügedən messencerin kodunda 6 orta səviyyəli və 7 aşağı səviyyəli səhv aşkar edilib. “Facebook Messenger” və “Slack” messencerlərinin kodunda 4 kritik boşluq, digərlərində isə daha çox boşluq tapılıb.
“Word”, “Excel” və “PowerPoint” artıq “OneDrive” və “SharePoint” fayllarını avtomatik saxlayır
“Windows” sistemi üçün “Word”, “Excel” və “PowerPoint” masaüstü proqramlarında avtomatik saxlama funksiyası istifadəyə verilib. “Microsoft” şirkətinin rəsmisi məlumat verib ki, yeni imkan yalnız lokal deyil, həm də “OneDrive”, “OneDrive for Business” və “SharePoint Online”də saxlanılan fayllarla işləyir.














