Gürcüstanda NATO günləri keçiriləcək
2 Aprel 2017 09:36 DünyaGürcüstanda NATO günləri keçiriləcək.
Sabahdan başlanacaq NATO günləri bir həftə davam edəcək. NATO və Avropa İttifaqı İnformasiya Mərkəzindən verilən məlumata görə, NATO günləri çərçivəsində əyləncə və maarifləndirici tədbirlər proqramı həyata keçiriləcək.
NATO günlərində təşkil olunan tədbirdə Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Viktor Dolidze və NATO və Avropa İttifaqı İnformasiya Mərkəzinin direktoru Nino Bolkvadze çıxış edəcəklər.
NATO və Avropa İttifaqı İnformasiya Mərkəzindən verilən məlumata görə, NATO günlərinin azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, NATO günlərinə həsr olunan tədbirlər aprelin 11-də başa çatacaq. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31