Gündəm
Babək prospektində hərəkət qismən məhdudlaşdırılır
Aparılan təmir işləri ilə əlaqədar olaraq Məhəmməd Hadi küçəsinin Babək prospekti ilə kəsişən hissəsində, həmçinin Babək prospektinin şəhər istiqamətinə doğru Məhəmməd Hadi küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.
Müəllimlərin işə qəbulu üzrə elektron sınaq imtahanı keçirilib
Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi işə qəbul olmaq istəyən müəllimlər üçün elektron sınaq imtahanı təşkil edib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, sınaq imtahanı Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində keçirilib.
“İRƏLİ” Gənclər Kuboku təsis edir
“İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İslam Həmrəyliyi ili çərçivəsində, 2017-ci ildə keçiriləcək olan İslam Həmrəylik Oyunlarına dəstək istiqamətində idman sahəsindən olan gənclərin marağını və təşəbbüsləri nəzərə alaraq, gənclər üçün“Gənclər Kuboku” təsis edir.
Ermənilər 110 dəfə atəşkəsi pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 110 dəfə pozub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Sumqayıtda çoxmərtəbəli binada yanğın baş verib
Aprelin 3-də Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Milli Məclis aprelin 7-də yığışacaq
Milli Məclisin növbəti plenar iclası aprelin 7-nə təsadüf edəcək. Bu barədə məlumat verən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvkküloğlunun bildirdiyinə görə, iclasının gündəliyinə 40 məsələ daxil edilib.
ŞOK: ABŞ tankları Moskvanın 700 kilometrliyində!
ABŞ tankları tarixdə ilk dəfə Moskvaya bu qədər yaxın məsafədə mövqe tutub. Bu barədə RT əməkdaşı Murad Qazdiyev Tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, hazırda ABŞ tankları Moskvanın 700 kilometrliyində yerləşir.
"Seçkilər biabırçı pozuntularla keçirilib" Aram Sarkisyan
Biz “exit-poll”un nəticələrini tanımırıq. Bunu parlament seçkilərində iştirak etmiş Elk (Çıxış) siyasi blokunun üzvü Aram Sarkisyan deyib.
Millət vəkili: “Ermənistandakı rejim xalqın yarısını qırmağa hazırdır”
“Ermənistandakı saxta seçkiləri cinayətkar rejim öz iqtidarını qorumaq üçün keçirdi. Onların məqsədi hakimiyyətlərini qoruyaraq mənfur siyasətlərini davam etdirmək, Dağlıq Qarabağ münaqişəsindəki status-kvonu saxlamaqdır”. Bunu millət vəkili Asim Mollazadə deyib.
Lavrov: "Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin siyasi iradəsindən asılıdır"
"Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanma prosesinin aktiv iştirakçısıdır". Bu sözləri Rusiyanın xarici işlər naziriSergey Lavrov Ermənistanda nəşr olunan “Novoye vremya” qəzetində dərc olunan məqaləsində qeyd edib.
Qazaxıstan prezidenti Bakıda
Aprelin 2-i, axşam saatlarında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. “OLAYLAR”-ın prezident.az saytına istinadən verdiyi xəbərə görə, Qazaxıstan prezidentini hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov qarşılayıb.
Rusiyada müəssisədə partlayış baş verib, ölən və yaralananlar var
Rusiyanın Verxniy Taqil şəhərində (Sverdlovsk vilayəti) yerləşən müəssisənin qurğuşun əritmə sexində partlayış baş verib.
Tibb dünyası şokda - "Möcüzəli körpə" doğuldu
Rusiyada qəribə körpə doğulub. Rusiyanın Altay bölgəsində doğuş zamanı körpənin bətndə deyil, qarın nahiyəsində inkişaf etdiyi məlum olub. 4,1 kiloqram çəkisi olan və həkimlərin "möcüzəli körpə" adlandırdığı uşaq tibb dünyasının diqqətini çəkib.














