Milli Məclis aprelin 7-də yığışacaq

Milli Məclisin növbəti plenar iclası aprelin 7-nə təsadüf edəcək. Bu barədə məlumat verən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvkküloğlunun bildirdiyinə görə, iclasının gündəliyinə 40 məsələ daxil edilib.

Milli Məclisin növbəti plenar iclası aprelin 7-nə təsadüf edəcək. Bu barədə məlumat verən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvkküloğlunun bildirdiyinə görə, iclasının gündəliyinə 40 məsələ daxil edilib. Bunlar əsasən "Banklar haqqında" qanuna  nəzərdə tutulan dəyişikliklər və bununla bağlı olaraq Mülli Prossesula Məcəlləyə, İnzibati Prossesual  Məcəlləsinə. Cinayət Məcəlləsinə, İnzibati Xətalrl, Mülki Məcəlləyə, "Müflisləşmə və iflas haqqında" və digər qanu layihələrindən ibarətdir. Plenar iclasin  gündəliyinə həmçinin "Təhsil haqqında",  "Dövlət borcu haqqında" , "Siyasi partiyalr haqqında", "Veteranlar haqqında",  "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" və digər məsələlər daxildir. Növbəti plenar iclasda eyni zamanda Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2016-cı il üzrə illik hesabatı parlamentdə dinləniləcək.Hesabatı Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov təqdim  edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31