İlin müəlliməsinin diplomu saxta çıxdı

2005 - ci ildə ilin müəllimi seçilən R.G.S - in diplomunun saxta olduğu məlum olub. "Olaylar" "HaberTürk" - ə istinadən bildirir ki, Türkiyənin Trabzon böıgəsində 19 il müəllimə kimi çalışan S - dən yenidən sənədləri istənilərkən diplomun saxta olduğu məlum olub. Türkiyə qanunlarına görə "müəllimə" dələduzluq maddəsi ilə 2 ildən 7 aya qədər, dövlət sənədini saxtalaşdırdığına görə isə 2 ildən 5 ilə qədər həbs gözlənilir. Çalışdığı müddətdən bu günə qədəe dövlət tərəfindən aldığı maaşı faizlə dövlətə qaytarmalı olan, "müəllimə" əməlindən çox peşiman olduğunu bildirib.

Çalışdığı illərdə çoxlu uğurlar qazanan S 2005 - ci ildə ilin müəllimi mükafatını prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən almışdı.

"Müəllimə" - nin həyat yoldaşı da bu həqiqəti 19 ildən sonra öyrəndiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31