Sumqayıtda çoxmərtəbəli binada yanğın baş verib
Aprelin 3-də Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
3 Aprel 2017 11:35 Sosial30 sakin təxliyə edilib
Aprelin 3-də Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 18 m² sahədə əriyib. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.