Qazaxıstan prezidenti Bakıda

Aprelin 2-i, axşam saatlarında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. “OLAYLAR”-ın prezident.az saytına istinadən verdiyi xəbərə görə, Qazaxıstan prezidentini hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov qarşılayıb.  

Aprelin 2-i, axşam saatlarında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. "OLAYLAR"-ın prezident.az saytına istinadən verdiyi xəbərə görə, Qazaxıstan prezidentini hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov qarşılayıb.  Aprelin 3-də isə Nursultan Nazarbayev Şəhidlər xiyabanını ziyarət edib. Prezident Nursultan Nazarbayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Azərbaycan paytaxtının mənzərəsini seyr edən Qazaxıstan Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31