"Seçkilər biabırçı pozuntularla keçirilib" Aram Sarkisyan
Biz “exit-poll”un nəticələrini tanımırıq. Bunu parlament seçkilərində iştirak etmiş Elk (Çıxış) siyasi blokunun üzvü Aram Sarkisyan deyib.
3 Aprel 2017 11:26 DünyaBiz "exit-poll"un nəticələrini tanımırıq. Bunu parlament seçkilərində iştirak etmiş Elk (Çıxış) siyasi blokunun üzvü Aram Sarkisyan deyib. Onun sözlərinə görə, həmin nəticələr çox erkən məlumatlara əsaslanır: "Biz əminik ki, "exit-poll"un təqdim etdiyindən daha çox səs toplamışıq. Biz müəyyən etmişik ki, seçkilər biabırçı pozuntularla, seçicilərə rüşvətin paylanması ilə keçirilib. Lakin baş verənləri qiymətləndirmək üçün hələ tələsmirik. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatları dərc etməsini gözləyirik. Bundan sonra bəyanatla çıxış edəcəyik". Sia.az "1in.am"a istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31