Gündəm
Çovdarov nazirliyi məhkəməyə verdi
Həbsdə olan MTN generalı Akif Çovdarov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb. A.Çovdarov iddia ərizəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən məlumat vərəqəsinin göndərilməsini və pensiyanın təyin edilməsini tələb edib.
İş adamından arvadına böyük tələ - Evə yerləşdirdiyi gizli kamera ilə hər şeyi gördü
İstanbulda boşanma iddiası üçün bəhanə əldə etmək istəyən iş adamı evinə gizli kamera yerləşdirib. İstanbul Bahçelievlerdə avtomobil şirkəti sahibi Mehmet M.İ. və həyat yoldaşı Anıl K. İ evliliklərinin 2.5 ilində ayrılmaq qərarına gəliblər. Keçən il İstanbul Ailə Məhkəməsində boşanma iddiası açan cütlükdən anlaşılmazlıqlarını sübuta yetirən dəlillər istənilib.
Nursultan Nazarbayevlə İlham Əliyevin görüşü olub - YENİLƏNİB
Aprelin 3-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Qazaxıstan respublikasının prezidenti Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü olub.
Çavuşoğlu: "Türkiyə Azərbaycanla birgə Qafqazda mühüm oyunçu olmaq istəyir"
Türkiyə Azərbaycanla birgə Qafqazda mühüm oyunçu olmaq istəyir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
71 ilin cütlüyü bir-birindən 4 dəqiqə fərqlə vəfat etdi - ölüm də onları ayırmadı
70 ildir evli olan cütlük bir-birindən 4 dəqiqə fərqlə vəfat edib. Onların öldükləri məkanlar arasındakı məsafə 3 mil (7 kilometr) olub. Vilf Russel 93 yaşında qocalar evində dünyasını dəyişib. O, yaddaş xəstəliyindən əziyyət çəkirdi. Artıq elə hala gəlmişdi ki, xanımını belə tanıya bilmirdi.
Aprel şəhidinin xatirəsi əbədiləşdirildi
Ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Seymur Baxışovun xatirəsini əbədiləşdirmək məqsədi ilə Sumqayıt şəhərində yaşadığı binaya barelyefi vurulub.
Əməkdar artistə qadağa qoydular, tamaşa baş tutmadı
Rusiyanın əməkdar artisti Yelena Vorobey Ukraynaya buraxılmayıb. Bu haqda əməkdar artist "Instagram" hesabında məlumat yayıb. O bildirib ki, uzun müddət hava limanında gözləsə də, onun Ukraynaya daxil olmasına icazə verilməyib:
Tarixi ekspanatlar bərpa edilir
Milli Azərbaycan Tarixi Muzeyində xüsusi maraq kəsb edən eksponatlardan biri də Silahlar və bayraqlar fondunda mühafizə edilən XIX əsrə aid tapançadı. Muzeydən “Olaylar” – a bildirilib ki, tapançanın lüləsi altıatımlıdır. Kalibri 9 mm olan tapançanın xəzinə hissəsində yazısı var: “BRİTİSH, CONSTABULARY”. Tapançanın lüləsi poladdandır, ucunda kiçik nişangahı var. Dəstəyin üzərindəki naxışlar cızma üsulu ilə işlənib, bəzəklər kəsişən romblar formasında olub uzunluğu 23 sm-dir.
Deputat: “Ermənistanda seçkilərin saxtalaşdırılacağı əvvəlcədən məlum idi”
“Ötən ilki aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsində həlledici dönüş nöqtəsi oldu. Ermənistan və onun havadarları Azərbaycan ordusunun gücünü gördü və heç zaman Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyimizə bir daha əmin oldular”. Bunu millət vəkili Elman Məmmədov deyib.
Fətullah Gülən infarkt keçirdib
Fətullah Gülən infarkt keçirib. “Olaylar” SadeceHaber” - ə istinadən bildirir ki, Fətullah Gülənin Pensilvaniyadakı etibarlı nümayəndəsi Osman Şimşək twittter hesabından Fətullah Gülənin ürəyində narahatlıqların olduğunu bildirib. Məlumata görə Osman Şimşək xəbəri sosial şəbəkədən paylaşəb və qısa müddətdən sonra da paylaşımını silib.
Ermənistan parlamentində 4 siyasi qüvvə yer alacaq
Ermənistanın yeni parlamentində dörd siyasi qüvvə yer alacaq. Seçkilərin ilkin nəticələrinə görə, hakim Respublika partiyası 49,13 faiz səslə liderlik edir. İkinci yerdə 27,50 faiz səslə “Çarukyan” blok, üçüncü yerdə 6,62 faiz səslə " “Daşnaksütyun" partiyasıdır. “Çıxış” bloku isə səslərin 7,68 faizini toplayıb. Seçkilərdə iştirak etmiş digər partiya və bloklar isə parlamentdə yer əldə edə bilməyiblər.
Aprel döyüşləri Qarabağa qayıdışın bünövrəsini qoydu
"Qarbağda düşmənlə təmas xəttində erməni təxribatına layiqincə cavab verdiyimiz döyüşlərin ildönümüdür". Bu sözləri millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, aprel döyüşləri Azərbaycanın hərb tarixinə bir qəhrəmanlıq və qələbə nümunəsi kimi düşüb: "Bu döyüşlər zamanı uzun illər boyu ermənilərin yaratdığı hərbi mif darmadağın edildi.
“Ermənistanda əsl həngamə bundan sonra başlayacaq”
“Hesab edirəm ki, Ermənistanda parlament seçkiləri başa çatsa da, əsl həngamə məhz bundan sonra başlayacaq. Çünki, seçki ərəfəsində yaşanan gərginliklər daha da dərinləşəcək və düşmən ölkədə vəziyyət daha da pisləşəcək”. Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Millət vəkili: “Ordumuz bayrağımızı Şuşada dalğalandırmağa hazırdır”
“Bu gün Azərbaycan gəncliyi torpağına, Vətəninə sevgi ilə böyüyür”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
"Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzinin köçürülməsi yekunlaşıb
Koroğlu NMM-nin köçürüldüyü ərazidə normal fəaliyyet üçün nəzərdə tutulan işlər yekunlaşıb. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, agentliyin əməkdaşlarının iştirakı ilə yeni NMM-də avtobuslar üçün 4 perron salınıb və hər bir perrona daxil olan marşrut xətlərinə dair məlumatlandırıcı lövhələr quraşdırılıb. Hərəkətin təhlükəsizliyini təmin etmək üçün əraziyə beton plastik arakəsmələr qoyulub.














