Gündəm

4 ərazidə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq

3 Aprel 2017 13:20

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bununla əlaqədar olaraq bu gün saat 11:00-dan axşam saatlarınadək Suraxanı rayonu, HeydərƏliyev prospekti "Suraxanı yol qovşağı"nda, həmçinin Səbail rayonu, Azneft dairəsi - Bayraq Meydanı istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismənməhdudlaşdırılacaq.

Ermənistanda seçki biabırçılığı

3 Aprel 2017 13:19

 “Ermənistan bu seçki ilə tam olaraq bugünkü mənzərəsini dünyaya təqdim etmiş oldu. Mətbuat üzərində senzuraya, blokadaya baxmayaraq seçkinin tamamilə saxtakarlıq üzərində qurulduğu aydın görünürdü.

Xalça Muzeyində “Azərbaycanın zümrüd daşı-Kəlbəcər”

3 Aprel 2017 13:14

Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 24 il dönümünə həsr olunmuş “Azərbaycanın zümrüd daşı-Kəlbəcər” adlı tədbir təşkil olunub.

Çaylarda mövcud vəziyyət

3 Aprel 2017 13:13

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi “Olaylar” – a verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-120, Kiçik Qafqazın çaylarında 80-140, Lənkəran-Astara bölgəsi çaylarında isə  50-80  faizini təşkil edir.

15 terrorçu məhv edildi

3 Aprel 2017 13:11

Türk Silahlı Qüvvələrinin  səhər saatlarında Türkiyənin Bitlis bölgəsinin  Tatvan rayonunda keçirdiyi hava dəstəkli əməliyyat nəticəsində 15  terrorçunun zərərsizləşdirlidiyi bildirilir. Əməliyyat nəticəsində çoxlu sayda silah və sursatın ələ keçirilidyi də gələn xəbərlər sırasındadı. Əməliyyat nəticəsində aşkar olunan silahların əsasən Rusiya  və ABŞ istehsalı olduğu məlum olub.  

20 PKK tərəfdarı həbs olundu

3 Aprel 2017 13:10

 Ötən gün Türkiyənin Bursa şəhərində Bursa  Baş Polis İdarəsinin Terrorla Mübarizə şöbəsinin əməkdaşları hava dəstəkli antiterror əməliyyatı həyata  keçiriblər. Öncədən müəyyən edilən ünvanlarda aparılan əməliyyatlar nəticəsində 20 nəfər PKK- lı  və 10 nəfər isə  MLKP (Marksist Lenininst Kommunist Partiyası) terror təşkilatlarını üzvləri həps edilib. Polis tərəfindən aparılan axtarışlar zamanı çoxlu sayda silah - sursat və təbliğat materialı aşkarlanaraq götürülüb.

"Seçkilərinin saxtalaşdırılması Sarkisyan tərəfindən hazırlanmışdı" 

3 Aprel 2017 13:05

“Ermənistanda keçirilən parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı ssenari Sarkisyan tərəfindən əvvəlcədən hazırlanmışdı. Biz son zamanlar Sarkisyanın hansı ölkələrə gedib, kimlərdən dəstək istədiyini yaxşı bilirik. Bu baxımdan ötən gün keçirilən seçkilərdə onun partiyası düşünülmüş şəkildə üstünlük qazandı”. Bunu  politoloq Fikrət Sadıqov deyib.

"Moskva-Bakı əməkdaşlığı Xəzərdə sabitliyin saxlanması baxımından mühüm faktordur"

3 Aprel 2017 13:00

Son 25 il ərzində Azərbaycan və Rusiya arasında əməkdaşlıq əhəmiyyətli dərəcədə artıb. Bunu Rusiya Elmlər Akademiyasının Sosial-Siyasi Araşdırmalar İnstitutunun baş elmi əməkdaşı, sosiologiya elmləri namizədi İqor Seleznyov Bakıda "Rusiya - Azərbaycan: diplomatik münasibətlərin 25 ili. Tərəfdaşlıq strategiyası" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

"Barselona"nın futbolçusu zədələndi

3 Aprel 2017 12:58

İspaniya La Liqasının 29-cu turunda "Granada"nı məğlub edən "Barselona"da Rafinya Alkantara zədə alıb. Braziliyalı yarımmüdafiəçi meniskdə problem yaşayıb. Bu səbəbdən gənc futbolçu matçın 17-ci dəqiqəsində əvəzlənib.

Ermənistan – rüsvayçı ölkənin total seçki saxtakarlığı-faktlar və dəlillər- TƏHLİL

3 Aprel 2017 12:56

Ermənistanda aprelin 2-də keçirilən parlament seçkiləri bu ölkədə cərəyan edən özbaşınalığı və rüsvayçılığı bir daha bütün dünyaya sübut yetirmiş oldu. İstər müxalifət nümayəndələri, istər erməni mətbuatı istərsə də bir sıra beynəlxalq müşahidə missiyaları seçkilərdə baş verən çoxsaylı qanun pozuntularını dünyaya çatdırıblar. Ümumiyyətlə, total sxatakarlıqlarla müşahidə olunan parlament seçkilərinin “baş tutmasını” iddia etmək sadəcə hakim Sarkisyan rejiminin teatr tamaşası fonunda demək olar. Çünki budəfəki tamaşanın bütün reallıqları tam çılpaqlığı ilə özünü əks etdirmiş oldu.

"Aprel savaşı Ermənistandakı hakimiyyətin çürüklüyünü aşkara çıxardı"

3 Aprel 2017 12:48

"Ümumiyyətlə aprel ayı tariximizə qanlı-qadalı təqvim kimi daxil olub. Bildiyiniz kimi 1920-ci ilin aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti, hökuməti devrilib, 1993-cü ilin aprelin 2-də Kəlbəcər rayonu işğal olunub. Ancaq taleyin qisməti elə gətirdi ki, 2016-cı ilin aprel ayında baş verən hadisələr qanlı-qadalı günləri yumşalda bildi”. Bunu Milli Məclisin deputatı, tarixçi-alim Fəzail İbrahimli deyib. 

Tanap layihəsi vaxtından əvvəl yekunlaşacaq

3 Aprel 2017 12:46

“Ümid edirik ki, TANAP layihəsi vaxtından tez başa çatacaq”. Bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib. S.Düzyolun sözlərinə görə, hal-hazırda layihə üzrə işlər tam sürətlə davam edir. “Sıfır faza olaraq dəyərləndirdiyimiz Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan və BOTAŞ-a ilk qaz nəql edəcəyimiz hissədə işlərin 77%-i tamamlanıb. Ümumilikdə isə layihə üzrə işlərin 67%-i yekunlaşmaq üzrədir”, - deyə S.Düzyol qeyd edib.

Zirehli texnika azərbaycanlı sürücülərə hücum edənlərin düşərgəsindən çəkildi: Abdulatipovun gəlişi gözlənilir 

3 Aprel 2017 12:41

Rusiya Qvardiyasının ("Rosqvardiya") zirehli texnikası və canlı qüvvəsi Dağıstanda günlərdir tətil edən və o cümlədən Azərbaycandan Rusiyaya yükdaşımaları əngəlləyən uzaq yol sürücülərinin düşərgəsindən geri çəkilib.

Ermənistanda parlament seçkiləri ilə bağlı cinayət işi açıldı

3 Aprel 2017 12:38

Ermənistan Baş Prokurorluğu tərəfindən bazar günü keçirilən parlament seçkiləri zamanı təkrar səsverməyə cəhd faktları ilə bağlı 6 cinayət işi açılıb. Bir cinayət işi üzrə 1 nəfər saxlanılıb.

Deputat: "Ermənistanda seçkilərin saxtalaşdırılacağı ilə bağlı proqnozlar özünü doğrultdu"

3 Aprel 2017 12:36

Ermənistanda parlament seçkilərinin saxtalaşdırılacağı ilə bağlı verilən proqnozlar özünü doğrultdu. Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib. E.Nəsirov bildirib ki, Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri artıq bəllidir: "Seçki öncəsi verilən proqnozlar özünü təsdiqlədi. Proqnozların əsas mahiyyəti ondan ibarət idi ki, seçkilər total saxtakarlıqla müşayiət olunacaq, Sarkisyan və onun rəhbəri olduğu hakim Respublika Partiyası heç bir halda seçkilərin obyektiv, ədalətli, demokratik, şəffaf keçirilməsinə imkan verməyəcək".