Gündəm

Ermənistansayağı "demokratiya": jurnalist DÖYÜLDÜ - VİDEO

3 Aprel 2017 14:12

Azatutyun radiosunun jurnalisti Sisak Qabrielyan seçki günü Yerevanın Kond meydanında hücuma məruz qalıb.

Təhsilini bitirə bilməyən şagirdlər üçün imtahan keçiriləcək

3 Aprel 2017 14:10

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək (yalnız iş günləri) Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.

Putin Sarkisyana teleqram göndərdi

3 Aprel 2017 14:09

Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sarkisyana göndərdiyi məktubda "qarşılıqlı tərəfdaşlıq əlaqələrinin" yüksək olmasını vurğulayıb.

Ermənistan müxalifətçisi: "Bu, pul seçkisi idi"

3 Aprel 2017 14:07

"Bu seçki bütün keyfiyyətlərinə görə əvvəlki seçkilərdən heç fərqlənmədi”.  Bunu ötən gün Ermənistanda keçirilən parlament seçkilərində “Azad Demokratlar” partiyasından olan namizəd Stepan Safaryan deyib. O pulun seçkidə əsas rol oynadığını bildirib: “Bu, pul seçkisi idi. Hər kəs bunun şahidi oldu”.

Serj Sarkisyanın əsas rəqibləri parlamentdən kənarda qalıb

3 Aprel 2017 14:05

Ermənistan Mərkəzi Seçki Komissiyası bazar günü keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.  Saat 12.00-yə 2009 seçki məntəqəsinin hamısından məlumatlar daxil olub və səslər hesablanıb.

"Zəlzələ" gözlənilir - Qan düşəcək

3 Aprel 2017 14:03

Ötən gün Ermənistanda parlament seçkiləri keçirildi. Bu, ölkədə prezident idarəetmə üsulundan parlament idarəetmə üsuluna keçidi nəzərdə tutan 2015-ci ildəki konstitusiya dəyişikliyindən sonra keçirilən ilk seçkilər idi. Konstitusiyada edilmiş dəyişikliklərə əsasən, Ermənistanda prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə artırılıb. Ölkənin yeni prezidentini də məhz proporsional əsasda formalaşan parlament seçəcək. Özü də bu, daha çox müddətə - 7 illiyinə. Prezident isə parlament seçkilərində mütləq qələbə qazanmış partiya və ya siyasi blokun namizədini baş nazir təyin edəcək. Lakin prezident vəzifəsi, sadəcə, formal səlahiyyətlərə malik olacaq, əsas hakimiyyət məhz baş nazirin əlində cəmləşəcək.

Deputat: “Ordumuz erməni təxribatlarına layiqli cavab verəmək gücündədir”

3 Aprel 2017 13:53

“Aprel döyüşləri ilə Azərbaycan Ordusu “ermənilərin sarsılmaz olması” miflərini tamamilə dağıdılıb”. Bunu deyən millət vəkili Asim Mollazadənin sözlərinə görə, Azərbayan bununla dünya ictimaiyyətinə ciddi mesajlar vermiş oldu: “Azərbaycan həm ermənilərə, həm də bütün dünyaya göstərdi ki, ordumuzun çox ciddi, müasir, peşəkar qüvvələri var və ölkəmiz istənilən zaman öz torpaqlarını işğaldan azad edə bilər.

Ölkədən külli miqdarda dolların çıxarılmasının qarşısı alınıb

3 Aprel 2017 13:52

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Deputatımız Qazaxıstana səfər edib

3 Aprel 2017 13:49

Milli Məclisin deputatı Musa Quliyev “Gələcəyimizi zənginləşdirək”  mövzusunda keçiriləcək regional tədbirdə iştirak etmək üçün  Qazaxıstanın Almatı şəhərinə  səfər edib.

“Qazaxıstan bizimlə qardaş ölkədir”

3 Aprel 2017 13:48

"Azərbaycan və Qazaxıstan dövlətləri arasında qarşılıqlı münasibətləri kökləri minilliklərə gedib çıxan dərin tarixi, mədəni, etnik amillər özünəməxsus edir, müasir siyasi, iqtisadi və b. maraqlar şərtləndirir”. Bunu  millət vəkili, professor Musa Qasımlı deyib.

Cocuq Mərcanlıda ilk qəsəbə Qurtuluş günündə istifadəyə veriləcək

3 Aprel 2017 13:46

“İlkin mərhələ üçün Cocuq Mərcanlı kəndində aparılan tikinti işləri 2 aya yekunlaşacaq, mayda başa çatacaq. Eyni zamanda kənddə Şuşa məscidinin analoqu olan məscid də tikiləcək”. Bunu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfərdə olan baş nazirin müavini, Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Əli Həsənov şəhidin yas mərasimiə qatılıb

3 Aprel 2017 13:41

“Prezident İlham Əliyev həmişə deyir ki, lazım gələrsə torpaqlarımızı özümüz azad edəcəyik. Keçən il bu vaxtlar Azərbaycan Ordusu, Azərbacaynın Ali Baş Komandan İlham Əliyev və Azərbaycan xalqı ilə monolit birlik hesabına 25 il ərzində işğal altında qalan çox vacib 2 startateji yüksəklik azad edildi. Bunlar Lələtəbə və Talış ərazisidir”.

Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar ediblər

3 Aprel 2017 13:35

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, yoxlama zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin salonunda, ön panelin sağ hissəsində yerləşən barın içərisində bir ədəd bükümdə, xalis çəkisi 36,873 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar olunub.

Yeni istismara verilmiş platformada ilk quyu qazılır

3 Aprel 2017 13:31

“Neft Daşları” yatağında yeni istismara verilmiş 620A nömrəli stasionar dəniz özülündən ilk 2621 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1630 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Əvvəlki illərdə məktəbi bitirə bilməyənlər yenidən imtahan verəcək

3 Aprel 2017 13:30

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək. “OLAYLAR”-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək (yalnız iş günləri) Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.