Ermənistansayağı "demokratiya": jurnalist DÖYÜLDÜ - VİDEO
Azatutyun radiosunun jurnalisti Sisak Qabrielyan seçki günü Yerevanın Kond meydanında hücuma məruz qalıb.
3 Aprel 2017 14:12 DünyaAzatutyun radiosunun jurnalisti Sisak Qabrielyan seçki günü Yerevanın Kond meydanında hücuma məruz qalıb.
Müxbir seçicilərin səs vermək üçün məntəqələrə getməzdən öncə hakim "Ermənistan Respublika Partiyası"nın (ERP) namizədi Akob Beqlaryanın qərargahına girdiyini görüb. Qərargahdan çıxan bəzi seçicilərin əlində pul tutması jurnalistin diqqətini çəkib. İçəridə nə baş verdiyini aydınlaşdırmaq istəyən Sisak Qabrielyan da qərargaha daxil olub.
Qərargahdakı şəxslər jurnalisti gördükdə rüşvət faktını gizlədərək, guya əməkhaqqı payladıqlarını bildiriblər. Daha sonra bir qrup şəxs müxbirə hücum edərək onun telefonunu əlindən alıb.
Qarşıdurmada Azatutyun radiosunun jurnalistinə göz nahiyəsindən xəsarətlər yetirilib. AZƏRTAC