Deputatımız Qazaxıstana səfər edib

Milli Məclisin deputatı Musa Quliyev “Gələcəyimizi zənginləşdirək”  mövzusunda keçiriləcək regional tədbirdə iştirak etmək üçün  Qazaxıstanın Almatı şəhərinə  səfər edib.

Milli Məclisin deputatı Musa Quliyev "Gələcəyimizi zənginləşdirək"  mövzusunda keçiriləcək regional tədbirdə iştirak etmək üçün  Qazaxıstanın Almatı şəhərinə  səfər edib. Milli Məclisdən verilən məlumata görə,  Qazaxıstan Respublikası Hökuməti tərəfindən USAID GAIN və UNICEF-lə birgə təşkil olunan yığıncaqda müxtəlif ölkələrin parlamentariləri, səhiyyə, digər müvafiq nazirlik və komitələrin rəsmiləri, ekspertlər  iştirak edəcəklər. Toplantıda qadın və uşaq orqanizminin möhkəmləndirilməsi,  problemlərin aradan qaldırılması  istiqamətində səhiyyə sistemində görülən işlər barədə müzakirələr aparılacaq. Yığıncaq iştirakçiları bu sahədə əldə edilmiş nailiyyətlər, ortaya çıxan çətinliklərin həlli yolları və öz təcrübələri barədə fikirlərini bölüşəcəklər. Deputatımız mövzuya dair fikirlərini açıqlayacaq, bununla bağlı ölkəmizdə həyata keçirilən proqramlar barədə məlumat verəcək.Səfər aprelın 5-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31