Ermənistan müxalifətçisi: "Bu, pul seçkisi idi"
"Bu seçki bütün keyfiyyətlərinə görə əvvəlki seçkilərdən heç fərqlənmədi”. Bunu ötən gün Ermənistanda keçirilən parlament seçkilərində “Azad Demokratlar” partiyasından olan namizəd Stepan Safaryan deyib. O pulun seçkidə əsas rol oynadığını bildirib: “Bu, pul seçkisi idi. Hər kəs bunun şahidi oldu”.
3 Aprel 2017 14:07 Dünya"Bu seçki bütün keyfiyyətlərinə görə əvvəlki seçkilərdən heç fərqlənmədi". Bunu ötən gün Ermənistanda keçirilən parlament seçkilərində "Azad Demokratlar" partiyasından olan namizəd Stepan Safaryan deyib. O pulun seçkidə əsas rol oynadığını bildirib: "Bu, pul seçkisi idi. Hər kəs bunun şahidi oldu".
"Yelk" blokunun üzvü Aram Sarqsyan isə bildirib ki, seçkilər zamanı geniş şəkildə rüşvətin paylanması ilə rüsvayçı qanun pozuntularına yol verilib. Apa.az "1in.am" saytına istinadən xəbər verir.