Deputat: “Ordumuz erməni təxribatlarına layiqli cavab verəmək gücündədir”

“Aprel döyüşləri ilə Azərbaycan Ordusu “ermənilərin sarsılmaz olması” miflərini tamamilə dağıdılıb”. Bunu deyən millət vəkili Asim Mollazadənin sözlərinə görə, Azərbayan bununla dünya ictimaiyyətinə ciddi mesajlar vermiş oldu: “Azərbaycan həm ermənilərə, həm də bütün dünyaya göstərdi ki, ordumuzun çox ciddi, müasir, peşəkar qüvvələri var və ölkəmiz istənilən zaman öz torpaqlarını işğaldan azad edə bilər.

"Aprel döyüşləri ilə Azərbaycan Ordusu "ermənilərin sarsılmaz olması" miflərini tamamilə dağıdılıb". Bunu deyən millət vəkili Asim Mollazadənin sözlərinə görə, Azərbayan bununla dünya ictimaiyyətinə ciddi mesajlar vermiş oldu: "Azərbaycan həm ermənilərə, həm də bütün dünyaya göstərdi ki, ordumuzun çox ciddi, müasir, peşəkar qüvvələri var və ölkəmiz istənilən zaman öz torpaqlarını işğaldan azad edə bilər. Azərbaycan sadəcə olaraq, itkilər olmasın deyə, bu münaqişəni sülh yoli ilə həll etmək istəyir. Azərbaycan sülhü tezliklə əldə etmək üçün beynəlxalq ictimiayyətdən ciddi dəstək gözləyir. Azərbaycan müasir, güclü Ordusunu daha da gücləndirəcək. Ordumuz hər zaman ermənilərin təxribatlarına layiqli cavab verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31