Gündəm
Azərbaycan Konqreslər Bürosu sahibkarlara müraciət edib
Bakı Şopinq Festivalının (BSF) təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosu (AKB) festivalda ƏDV qaytarılması prosesi barədə məlumat yayıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, müraciətdə qeyd edilir ki, sahibkarlar yalnız Festivalın rəsmi saytında qeydiyyatdan keçmədikləri halda bu üstünlükdən faydalana bilərlər.
Cəmiyyəti narahat edən problemlərin həlli istiqamətində yeni-yeni addımlar atılacaq
“Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda hüquq dövləti quruculuğu prosesi yüksək nailiyyətlərlə davam etdirilməkdədir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib.
Ermənistan müharbəni seçdi: Eşşəklə Təlxək hakimiyyəti ələ aldılar
Ermənistanın Mərkəzi Seçki Komissiyası ölkədəki seçki məntəqələrinin tam əksəriyyətindəki məlumatları artıq təhlil edib. Bülletenlərin sayına və sonuclara görə, ölkədə iqtidarda olan Ermənistan Respublika Partiyası səslərin 49,2 faizini toplayıb. "Eşşək Qaqo" ləqəbli oliqarx Qagik Sarukyanın rəhbəri olduğu "Çiçəklənən Ermənistan" Partiyasının yaratdığı "Sarukyan" bloku 27,39 faizini, "Yelk" bloku - 7,71 faizini, Erməni İnqilabi Federasiyası-Daşnaksutyun - 6,6 faizini, Ermənistan İntibah Partiyası - 3, 72 faizini, "Ohanyan-Raffi-Oskanyan" (ORO) bloku - 2,08 faizini, Azad Demokratlar Partiyası - 0,93 faizini, Ermənistan Milli Konqresi - Ermənistan Xalq Partiyası - 1,62 faizini, Ermənistan Kommunist Partiyası isə 0,74 faizini toplayıb.
Ermənistanın sabiq baş naziri: "Seçki məntəqələrində kütləvi saxtakarlıqların şahidi olduq"
Biz hakimiyyətə gəlmək və Ermənistandakı mövcud vəziyyəti dəyişmək istəyirik. Ermənistanın normal, demokratik ölkə olması, insanların özlərini insan kimi hiss etmələri üçün biz bu oliqarxiya idarəçiliyindən qurtulmalıyıq.
Sarkisyanın əsas rəqibləri parlamentdən kənarda qalıb
Ermənistan Mərkəzi Seçki Komissiyası bazar günü keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Saat 12.00-yə 2009 seçki məntəqəsinin hamısından məlumatlar daxil olub və səslər hesablanıb.
Şimali Osetiya teatrı Bakıya gəlir...
Yeni yaradıcılıq əlaqələrinin genişləndirilməsinə hər zaman böyük önəm verən Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlərdə Rusiyadan qonaq qəbul etməyə hazırlaşır. Teatrdan “Olaylar” – a bildirilib ki, qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrı (Rusiya Federasiyası, Şimali Osetiya Respublikası – Alaniya) aprel ayının 7-dən – 9-dək teatrımıza qastrol səfəri edəcək. Kollektiv üç gün ərzində “Потеха для смеха” nağılının motivləri əsasında O.Rozumun “Жили-были” tamaşasını nümayiş etdirəcək.
Ermənistan aprel hadisələrindən nəticə çıxarmalıdır
Ötən ilin aprel döyüçlərində aldığı sarsılmaz zərbədən hələ də özünə gələ bilməyən Ermənistan nəticə çıxarmaq əvəzinə, sərsəm bəyənatlarla Azərbaycana hədə-qorxu gəlməkdə davam edir. Dördgünlük müharibədəkə qələbədə məğlubiyyət məsuliyyətindən yayınmağa çalışan işğlçı ölkənin prezidenti Sery Sərkisyan bir az da irəli gedərək bizimlə hərbi dildə danışmağa cəhd göstərərək, təxribatçı fəaliyyətini davam etdirir. Lakin faktdır ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllində maralıdır.
Torpağın istifadəsinə dair qanunsuz qərar verənlər...
Ölkədə torpaqların istifadəsinə dair qanunsuz qərarların verilməsi halları müşahidə olunmaqdadır. Belə qərarların ən çox bələdiyyələr tərəfindən verilməsi daha çox qeydə alınır.
Qafqazşünaslıq İnstitutunun direktoru beynəlxalq konfransda məruzə edib
29-31 mart tarixlərində M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Rusiya EA Tarix-Filologiya Bölməsi və Rusiya EA Tarix İnstitutunun Moskva Dövlət Universitetində birlikdə təşkil etdikləri və dünyanın 10-dan çox ölkəsindən tarixçi və siyasətşünas alimlərin iştirak etdikləri “Rusiyada 1917-ci il inqilabının 100-cü ildönümü” mövzusunda beynəlxalq konfrans keçirilib.
Nursultan Nazarbayev: Qazaxıstan-Azərbaycan münasibətləri heç vaxt və heç bir halda pozulmayıb
Qazaxıstan-Azərbaycan münasibətləri heç vaxt və heç bir halda pozulmayıb. Bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə görüşündə deyib.
İlham Əliyev: Qəbul edəcəyimiz qərarlar Azərbaycanla Qazaxıstan arasında münasibətlərin daha fəal inkişafına xidmət edəcək
Qəbul edəcəyimiz qərarlar, imzalanacaq sənədlər ölkələrimiz arasında münasibətlərin daha fəal inkişafı işinə xidmət edəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə məhdud tərkibdə görüşündə deyib.
Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb
Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.
Səməd Seyidov: Ermənistanda demokratik seçki obrazını yaratmaq cəhdi baş tutmadı
“Heç kimdə şübhə yox idi ki, Ermənistanda keçirilən parlament seçkiləri seçki adını daşımağa layiq deyil”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
“Ermənistan cəmiyyəti üçün çox mürəkkəb bir dövr başlayır”
“Ermənistanda keçirilən parlament seçkilərinin saxtalaşdırılmasına heç bir şübhə etmirəm”. Bunu politoloq Qabil Hüseynli deyib. O bildirib ki, seçkilərin saxtalaşdırlacağı əvvəlcədən bəlli idi: “Exit-poll da hakimiyyətə yaxın olan dairələr tərəfindən həyata keçirlib. Necə ola bilər ki, Ter-Petrosyan heç olmasa 5 fazilik baryeri keçə bilməsin. Yaxud da Ohanyan-Raffi-Oskanyan bloku seçki baryerini keçə bilməsin. Bu bir daha onu göstərir ki, seçkilər tamamilə əvvəlcədən Respublika partiyası və onun tərəfdarları arasında bölüşdürülüb. Daşnaksütyun partiyası 5 faizi güclə keçə bilib. Yəni seçkilər tamamilə saxtalaşdırılıb. Mən belə hesab edirəm ki, müxalif qüvvələr bu vəziyyətə dözməyəcəklər və öz etirazlarını bildirəcəklər. Bu etirazlar da seçkilərin nəticələri rəsmi surətdə elan edilən kimi meydana çıxacaq”.
"Bakı Moskvanın təşəbbüs göstərdiyi layihələrdə iştirakını siyasi-iqtisadi səmərə baxımından nəzərdən keçirir"
Bakı Moskvanın təşəbbüs göstərdiyi inteqrasiya layihələrində iştirakını siyasi və iqtisadi səmərə baxımından nəzərdən keçirir. Bunu "Rusiya-Azərbaycan: diplomatik münasibətlərin 25 ili Tərəfdaşlıq strategiyası" mövzusunda Dəyirmi masada çıxış edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.














