Ermənistanın sabiq baş naziri: "Seçki məntəqələrində kütləvi saxtakarlıqların şahidi olduq"
Biz hakimiyyətə gəlmək və Ermənistandakı mövcud vəziyyəti dəyişmək istəyirik. Ermənistanın normal, demokratik ölkə olması, insanların özlərini insan kimi hiss etmələri üçün biz bu oliqarxiya idarəçiliyindən qurtulmalıyıq.
3 Aprel 2017 14:44 SiyasətBiz hakimiyyətə gəlmək və Ermənistandakı mövcud vəziyyəti dəyişmək istəyirik. Ermənistanın normal, demokratik ölkə olması, insanların özlərini insan kimi hiss etmələri üçün biz bu oliqarxiya idarəçiliyindən qurtulmalıyıq.
Bu fikirləri Ermənistanda keçirilən parlament seçkilərini şərh edən ölkənin sabiq baş naziri Qrant Baqratyan deyib.
Sabiq baş nazir seçkilərin nəticələrinin obyektiv olacağına inanmadığını bildirib. O, səsvermənin başladığı erkən saatlardan məntəqələrdə qanun pozuntuları ilə bağlı məlumatlar əldə etdiklərini vurğulayıb.
Seçki məntəqələrində kütləvi saxtakarlıqların şahidi olduqlarını qeyd edən Qrant Baqratyan insanların kütləvi şəkildə mikroavtobuslarla seçki məntəqələrinə daşındığını, bununla bağlı əllərində olan videogörüntüləri yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəklərini söyləyib. AZƏRTAC