Cəmiyyəti narahat edən problemlərin həlli istiqamətində yeni-yeni addımlar atılacaq
“Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda hüquq dövləti quruculuğu prosesi yüksək nailiyyətlərlə davam etdirilməkdədir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib.
3 Aprel 2017 14:49 Sosial"Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda hüquq dövləti quruculuğu prosesi yüksək nailiyyətlərlə davam etdirilməkdədir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib. O, bildirib ki, bu prosesdə başlıca institut kimi çıxış edən Milli Məclis xüsusi rol oynamaqla üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlir: "Bu günə qədər Səhiyyə komitəsində bir çox qanun layihəsi barədə müzakirələr aparılıb. Ailə, qadın və uşaq məsələləri komitəsində isə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" Azərbaycan Respublikasının qanun layihəsi barədə müzakirələr aparılıb, müxtəlif təkliflər irəli sürülüb. Bütün bunlarla yanaşı, komitələrin iştirakı ilə müxtəlif ictimai aktuallıq kəsb edən problemlərlə əlaqədar dinləmələr, konfranslar təşkil edilib. Məhz, adı keçən komitələrdə bundan sonra da cəmiyyətimizi narahat edən problemlərin həlli istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi və möhkəmləndirilməsi yönündə yeni-yeni addımlar atılacaq".