Ermənistan aprel hadisələrindən nəticə çıxarmalıdır

Ötən ilin aprel döyüçlərində aldığı sarsılmaz zərbədən hələ də özünə gələ bilməyən Ermənistan nəticə çıxarmaq əvəzinə, sərsəm bəyənatlarla Azərbaycana hədə-qorxu gəlməkdə davam edir. Dördgünlük müharibədəkə qələbədə məğlubiyyət məsuliyyətindən yayınmağa çalışan işğlçı ölkənin prezidenti Sery Sərkisyan bir az da irəli gedərək bizimlə hərbi dildə danışmağa cəhd göstərərək, təxribatçı fəaliyyətini davam etdirir. Lakin faktdır ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllində maralıdır.

Azay Quliyev: "Aprel döyüşləri təkrarlanacağı halda, Ermənistan növbəti dəfə məyus olacaq"

Ötən ilin aprel döyüçlərində aldığı sarsılmaz zərbədən hələ də özünə gələ bilməyən Ermənistan nəticə çıxarmaq əvəzinə, sərsəm bəyənatlarla Azərbaycana hədə-qorxu gəlməkdə davam edir. Dördgünlük müharibədəkə qələbədə məğlubiyyət məsuliyyətindən yayınmağa çalışan işğlçı ölkənin prezidenti Sery Sərkisyan bir az da irəli gedərək bizimlə hərbi dildə danışmağa cəhd göstərərək, təxribatçı fəaliyyətini davam etdirir. Lakin faktdır ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllində maralıdır. Əks halda, Ermənistanın daşı-daş üstündə qalmazdı. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev ordumuzun aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə keçirdiyi görüşdə qeyd edib ki, bu gün Ermənistan rəhbərliyi öz təxribatçı fəaliyyətini davam etdirir: "Aprel döyüşlərindən sonra bir müddət təşviş, qorxu içində idi. İndi elə bil ki, o stressdən bir qədər çıxmağa çalışır və yenə də cəfəng bəyanatlar verir, bizi hədələməyə, hansısa silahlarla qorxutmağa çalışır. Bizim buna gülməyimiz gəlir. Çünki onlar yaxşı bilməlidirlər və bilirlər, bu gün Azərbaycan Ordusu o qədər güclüdür ki, bu gün bizim o qədər güclü texnikamız, silah-sursatımız, müasir silahlarımız var ki, düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırıq. Onlar bunu bilir və bilməlidirlər, elə bir strateji və hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək. Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın".Millət vəkili Asim Mollazadə qeyd edib ki, aprel döyüşləri ilə Azərbaycan Ordusu "ermənilərin sarsılmaz olması" miflərini tamamilə dağıdıb: "Azərbaycan həm ermənilərə, həm də bütün dünyaya göstərdi ki, ordumuzun çox ciddi, müasir, peşəkar qüvvələri var və ölkəmiz istənilən zaman öz torpaqlarını işğaldan azad edə bilər. Azərbaycan sadəcə olaraq, itkilər olmasın deyə, bu münaqişəni sülh yoli ilə həll etmək istəyir. Azərbaycan sülhü tezliklə əldə etmək üçün beynəlxalq ictimiayyətdən ciddi dəstək gözləyir. Azərbaycan müasir, güclü Ordusunu daha da gücləndirəcək. Ordumuz hər zaman ermənilərin təxribatlarına layiqli cavab verəcək". Millət vəkili Azay Quliyev bildirib ki, aprel döyüşləri zamanı dövlətimiz nəyə qadir olduğunu nümayiş etdirərək torpaqlarımızın bir hissəsini işğaldan azad etdi: "Ermənistanın cinayətkar hakimiyyəti aprel döyüşlərinin yaratdığı yeni hərbi-siyasi vəziyyətdən sonra anladı ki, onun işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur və bundan sonra uzun müddət Azərbaycan ərazilərini işğal altında saxlaya bilməyəcək. Aprel döyüşləri ölkəmizin iqtisadi və diplomatik sahədə əldə etdiyi uğurların hərbi sahədə davamı və təsdiqidir". A.Quliyev qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan məlum havadarlarının köməyi ilə Azərbaycan ərazilərinin bir hissəsini işğal edə bilib: "O zaman Azərbaycanda bütün sahələrdə müşahidə olunan tənəzzül, xalq-hakimiyyət birliyinin olmaması, səbatsız idarəçilik yaxın və uzaq ölkələrdən birbaşa dəstək alan Ermənistanın işğalçılıq siyasətinin qarşısını almağa imkan vermədi. Artıq ötən müddət ərzində iqtisadi, hərbi və siyasi reallıqların böyük ölçüdə Azərbaycanın xeyrinə dəyişməsini Ermənistan rəhbərliyi də etiraf etməyə məcbur olur. Hazırda nə Azərbaycan əvvəlki kimi qeyri-sabit və zəif vəziyyətdədir, nə də Ermənistan torpaqlarımızı işğal etmək gücündədir". Deputat vurğulayıb ki, işğalçı Ermənistan aprel döyüşlərindən ciddi nəticə çıxartmalıdır: "Ordumuzun apardığı uğurlu döyüş əməliyyatları ilə Ermənistanın Qarabağı Azərbaycandan birdəfəlik qopartmaq illuziyasına da son qoyuldu. İşğalçılar başa düşdü ki, özgə torpağını tərk edənə qədər daim itkilər verəcək və qorxu içində qalacaqlar. Ermənistan iqtidarındakı Qarabağ klanı daxilində baş verən parçalanma aprel döyüşlərinin nəticəsi və məğlubiyyətin acı etirafıdir. Əminəm ki, aprel döyüşləri təkrarlanacağı halda, Ermənistan növbəti dəfə məyus olacaq və təsəvvür edə bilməyəcəyi daha böyük miqyaslı itkilərə məruz qalacaq. Ona görə də Ermənistan hazırkı reallığı düzgün qiymətləndirməli, BMT Təhküləsizlik Şurasının, ATƏT-in, ATƏT PA-nın, AŞPA-nın, Avropa Parlamentinin, İqtisadi Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı qətnamələrə və o, cümlədən beynəlxalq hüququn tələbinə uyğun olaraq işğal etdiyi Azərbaycanın ərazilərindən qeyd-şərtsiz və tam olaraq çıxmalıdır ". A.Quliyev bildirib ki, artıq beynəlxalq ictimaiyyət anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Ermənistanın işğalçılıq mövqeyindən əl çəkməsi yeganə və ən vacib şərtdir: "Digər halda regionda müharibənin yenidən başlanması qaçılmaz olacaq. Ermənistan təxribatçı əməllərindən əl çəkmədikcə, torpaqlarımızı tərk etməyincə müharibə təhlükəsi hər an aktual olaraq qalacaq. Düşünürəm ki, beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri əldə etdikləri mandat çərçivəsində substantiv danışıqları bərpa etməli, işğalçı Ermənistanı konstruktiv müzakirələrə və sülh you ilə işğal etdiyi Azərbycan torpaqlarından dərhal çəkilməyə vadar etməlidir. Hamı bilməlidir ki, bölgədə davamlı sülhün yeganə təminatı Azərbaycanın ərazilərindən Ermənistanın işğalçı qüvvələrinin çıxarılmasıdır. Bundan sonra hər iki ölkə arasında münasibətlərin bərpasına baxıla bilər". Deputat Siyavuş Novruzov bildirib ki, aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, Ali Baş Komandanın uzun illərdir orduya göstərdiyi diqqəti, ordunun müasir silahlarla təchiz olunmasını, Silahlı Qüvvələrimizin doyüş qabiliyyətini və ruh yüksəkliyini, ordu-xalq birliyini və xalq-iqtidar birliyini bariz şəkildə nümayiş etdirdi: "Cənab Prezident ümumilikdə aprel döyüşləri ilə bağlı gedişata qiymət verdi, həmçinin gələcəkdə qarşıda duran vəzifələr haqqında danışdı. Hesab edirəm ki, bu, vacib bir məsələdir. Çünki aprel döyüşləri son 20 ildə bizim tariximizdə mühüm əhəmiyyət kəsb edən döyüşlərdən biridir. İndiyə qədər düşünürdülər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişədir, lakin aprel döyüşləri göstərdi ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil və hər an alışa və çox ağır nəticələr verə bilər. Azərbaycan gənclərinin Dağlıq Qarabağa üz tutması, vətəndaşlarımızın könüllü olaraq ordu sıralarına yazılmaqla bağlı müraciətlər etməsi və hamının bir nəfər kimi Ali Baş Komandanın bu siyasətini dəstəkləməsi Dağlıq Qarabağ münaqişəsinin gələcəkdə də həll olunmamış qalmasının mümkünsüzlüyünü göstərdi". Millət vəkili vurğulayıb ki, aprel döyüşləri nəticəsində son bir il ərzində Ermənistanda ictimai-siyasi sabitlik tamamilə pozulub: "Ermənistan cəmiyyətində həm siyasi, həm hərbi, həm də iqtisadi və sosial vəziyyət baxımından böyük gərginlik yaşanır. Artıq erməni anaları öz övladlarını döyüşə göndərmək, onların Dağlıq Qarabağ ərazisində hərbi xidmət keçmələrini istəmirlər. Ermənistanda keçiriləcək seçkilərdə də müxalifəti təmsil edən bir sıra partiyalar və onların tanınmış nümayəndələri, o cümlədən keçmiş prezidentlər, baş nazir və başqa-başqa strukturlarda rəhbər vəzifələrdə çalışmış şəxslər də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və Azərbaycanla əlaqələrin qurulmasını əsas şüar olaraq öz seçki platformalarına daxil ediblər. Aprel döyüşlərinin nəticəsi budur. Yəni bir il ərzində Ermənistan ictimaiyyətinin böyük hissəsi artıq Azərbaycanla sülh danışıqlarına getməyi, Azərbaycanla əlaqələrin qurulması istəyir və Ermənistanın düşdüyü ağır durumdan çıxmasını məhz bu yolda görürlər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31