Ermənistanda seçki biabırçılığı

 “Ermənistan bu seçki ilə tam olaraq bugünkü mənzərəsini dünyaya təqdim etmiş oldu. Mətbuat üzərində senzuraya, blokadaya baxmayaraq seçkinin tamamilə saxtakarlıq üzərində qurulduğu aydın görünürdü.

Azər Verdiyev: "Ən dəhşətlisi isə Sarkisyanın barmaq izinin və pasportunun aparat tərəfindən tanınmaması ilə bağlı oldu"

"Ermənistan bu seçki ilə tam olaraq bugünkü mənzərəsini dünyaya təqdim etmiş oldu. Mətbuat üzərində senzuraya, blokadaya baxmayaraq seçkinin tamamilə saxtakarlıq üzərində qurulduğu aydın görünürdü. Bu biabırçılıqdı". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev səsləndirib.

Onun sözlərinə görə, ən dəhşətlisi isə Sarkisyanın barmaq izinin və pasportunun aparat tərəfindən tanınmaması ilə bağlı oldu: "Seçki bütövlükdə karusel əməliyyatı ilə başa çatdı. Sosial mediada sadə ermənilər özlərinə gülürlər, həm də ciddi şəkildə etiraz edirlər. Bu gün 1 milyondan biraz çox olan Ermənistan əhalisi çox gözəl dərk edir ki, ölkə xaosa sürüklənib. Yeganə çıxış yolu isə işğal etdiyi torpaqları geri qaytarmaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31