Xalça Muzeyində “Azərbaycanın zümrüd daşı-Kəlbəcər”
Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 24 il dönümünə həsr olunmuş “Azərbaycanın zümrüd daşı-Kəlbəcər” adlı tədbir təşkil olunub.
3 Aprel 2017 13:14 MədəniyyətAzərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 24 il dönümünə həsr olunmuş "Azərbaycanın zümrüd daşı-Kəlbəcər" adlı tədbir təşkil olunub.
TədbirdəAzərbaycan Xalça Muzeyi Şuşa filialının müdiri Səbinə Əzizova, Kəlbəcər Tarix-Diyarşünaslıq muzeyinin direktoru Bərzani Ələsgərov, Kəlbəcər Şəhid müzeyinin elmi-işçisi, BDU-nin tarix fakultəsinin disertantı Ramiz Nəcəfli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti, fəlsəfə doktoru Mirvari Verdiyeva həmçinin AYB-nin Qarabağ bölməsinin sədri, fəlsəfə elimləri doktoru, şair Ənvər Əhməd və Kəlbəcər məktəbinin müəllimi Roza Verdiyeva Kəlbəcərin maddi-mənəvi irsinə və etnoqrafiyasına dair məruzələrlə çıxışlar ediblər.
Sonra Kəlbəcər tarix-diyarşünaslıq muzey eksponatlarından xurcun, məfrəş, səhəng, xalça, süxur həmçinin minerallar, çarıq, ağac növləri, Kəlbəcər muzeyinin açarları, mis qablardan ibarət sərgi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin təqdim etdiyi "Kəlbəcərə virtual səyahət" adlı video-çarx nümayiş olunub.