Tarixi ekspanatlar bərpa edilir

Milli Azərbaycan Tarixi Muzeyində xüsusi maraq kəsb edən eksponatlardan biri də Silahlar və bayraqlar fondunda mühafizə edilən XIX əsrə aid tapançadı. Muzeydən “Olaylar” – a bildirilib ki, tapançanın lüləsi altıatımlıdır. Kalibri 9 mm olan tapançanın xəzinə hissəsində yazısı var: “BRİTİSH, CONSTABULARY”. Tapançanın lüləsi poladdandır, ucunda kiçik nişangahı var. Dəstəyin üzərindəki naxışlar cızma üsulu ilə işlənib, bəzəklər kəsişən romblar formasında olub uzunluğu 23 sm-dir.

Milli Azərbaycan Tarixi Muzeyində xüsusi maraq kəsb edən eksponatlardan biri də Silahlar və bayraqlar fondunda mühafizə edilən XIX əsrə aid tapançadı. Muzeydən "Olaylar" - a bildirilib ki, tapançanın lüləsi altıatımlıdır. Kalibri 9 mm olan tapançanın xəzinə hissəsində yazısı var: "BRİTİSH, CONSTABULARY". Tapançanın lüləsi poladdandır, ucunda kiçik nişangahı var. Dəstəyin üzərindəki naxışlar cızma üsulu ilə işlənib, bəzəklər kəsişən romblar formasında olub uzunluğu 23 sm-dir.

Tapança kəskin korroziyaya məruz qaldığından Muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı T.Nəbiyev tərəfindən yüksək peşəkarlıqla bərpa edilib. Kimyəvi üsullarla bərpa olunan eksponat mühafizə edilməsi üçün Silahlar və bayraqlar fonduna təhvil verilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31