"Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzinin köçürülməsi yekunlaşıb
Koroğlu NMM-nin köçürüldüyü ərazidə normal fəaliyyet üçün nəzərdə tutulan işlər yekunlaşıb. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, agentliyin əməkdaşlarının iştirakı ilə yeni NMM-də avtobuslar üçün 4 perron salınıb və hər bir perrona daxil olan marşrut xətlərinə dair məlumatlandırıcı lövhələr quraşdırılıb. Hərəkətin təhlükəsizliyini təmin etmək üçün əraziyə beton plastik arakəsmələr qoyulub.
3 Aprel 2017 11:49 SosialKoroğlu NMM-nin köçürüldüyü ərazidə normal fəaliyyet üçün nəzərdə tutulan işlər yekunlaşıb. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən "OLAYLAR"-a bildirilib ki, agentliyin əməkdaşlarının iştirakı ilə yeni NMM-də avtobuslar üçün 4 perron salınıb və hər bir perrona daxil olan marşrut xətlərinə dair məlumatlandırıcı lövhələr quraşdırılıb. Hərəkətin təhlükəsizliyini təmin etmək üçün əraziyə beton plastik arakəsmələr qoyulub.
Qeyd edək ki, NMM-nin yerinin dəyişdirilməsində məqsəd, paytaxtımızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı ətraf kənd və qəsəbələrdən Koroğlu metrostansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etməkdir.