Əməkdar artistə qadağa qoydular, tamaşa baş tutmadı
Rusiyanın əməkdar artisti Yelena Vorobey Ukraynaya buraxılmayıb. Bu haqda əməkdar artist "Instagram" hesabında məlumat yayıb. O bildirib ki, uzun müddət hava limanında gözləsə də, onun Ukraynaya daxil olmasına icazə verilməyib:
3 Aprel 2017 12:13 DünyaRusiyanın əməkdar artisti Yelena Vorobey Ukraynaya buraxılmayıb. Bu haqda əməkdar artist "Instagram" hesabında məlumat yayıb. O bildirib ki, uzun müddət hava limanında gözləsə də, onun Ukraynaya daxil olmasına icazə verilməyib:
"Kiyevə buraxmadılar! Tamaşa baş tutmadı! 4 saat susuz saxladılar. Çox təəssüf edirəm ki, tamaşaya bilet alan kiyevlilər bu maraqlı komediyanın premyerasını izləyə bilmədilər".
Bundan başqa Ukraynanın ölkəsinə qoyduğu bu qadağanı "biabırçı Berlin divarı və Fələstin-İsrail münasibəti" adlandırıb. Milli.Az istipress-ə istinadən xəbər verir.