Məşhur model intihar etdi

Məşhur model Raudha Athif 21 yaşında Banqladeşdə qaldığı tələbə yataxanasında intihar edib. "Olaylar" "HaberTürk" - ə istinadən bildirir ki, Maldivlərdə doğulub, böyüyən gənc model Banqladeşdə İslami Bank Tibb Universitetinin 2 - ci kurs tələbəsi idi. Modelliyə hobbi kimi baxan, Athif həkim olmaq istədiyini bildirmişdi. Müəlliməsi onun hər zaman xoşbəxt göründüyünü, probləmləri olmadığını vurğulayıb. Otağın qapısı içəridən bağlı olduğundan, dostları anındaca müdaxilə edə bilməyiblər. Qapı qırıldıqda isə artıq hər şey gec idi.

Raudha Atif 2014 - cü ildə " Yaşıl gözlü Maldivli qız" fotosu ilə məşhurlaşmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31