Qara dəniz regionunda təhdidlər müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzininin (SAM) Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi İlqar Qurbanov Rumıniyanın paytaxtı Buxarest şəhərində təşkil edilən "Qara dəniz regionunda təhdidlərə cavab verəbilmə qabiliyyətliliyinin yaradılması: Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasının həyata keçirilməsinə dəstək ” adlı konfransda iştirak edib. “OLAYLAR”-ın xəbərinə görə, sözügedən konfrans Yeni Təhlükəsizlik Mərkəzi və Rumıniya Diplomatik İnstitutunun birgə təşkilatçılığı və Avropa İttifaqı (Aİ) Təhlükəsizlik Araşdırmaları İnstitutunun dəstəyi ilə həyata keçirilib. Həmçinin, SAM- ın elmi işçisi İlqar Qurbanov konfransda “Cənub Qaz Dəhlizinin Avropa enerji təhlükəsizliyinə töhfəsi və Aİ-nin enerji davamlılığının qarşısında duran maneələr ” mövzusunda təqdimatla çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzininin (SAM) Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi İlqar Qurbanov Rumıniyanın paytaxtı Buxarest şəhərində təşkil edilən "Qara dəniz regionunda təhdidlərə cavab verəbilmə qabiliyyətliliyinin yaradılması: Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasının həyata keçirilməsinə dəstək " adlı konfransda iştirak edib. "OLAYLAR"-ın xəbərinə görə, sözügedən konfrans Yeni Təhlükəsizlik Mərkəzi və Rumıniya Diplomatik İnstitutunun birgə təşkilatçılığı və Avropa İttifaqı (Aİ) Təhlükəsizlik Araşdırmaları İnstitutunun dəstəyi ilə həyata keçirilib. Həmçinin, SAM- ın elmi işçisi İlqar Qurbanov konfransda "Cənub Qaz Dəhlizinin Avropa enerji təhlükəsizliyinə töhfəsi və Aİ-nin enerji davamlılığının qarşısında duran maneələr " mövzusunda təqdimatla çıxış edib.

Qeyd edək ki, konfrans xarici və təhlükəsizlik siyasəti üzrə Aİ Qlobal Strategiyasının həyata keçirilməsinə dair fikir və təkliflərin bir araya gətirilməsi üçün müzakirə platforması formatında həyata keçirilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31