Dövlət əmlakının icarəyə verilməsi ilə bağlı müsabiqəyə yekun vurulub
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 25 ünvanında yerləşən 34,9 kv.m., Salyan şəhəri, Heydər Əliyev küçəsi 98 ünvanında yerləşən 60,4 kv.m. və Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən, 75,8 kv.m. qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə müsabiqə elan etmişdir. Komitədən “Olaylar”a verilən məlumata görə, sifarişçilər qarşısında icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək, icarəyə verilən obyektin ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi, icarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması və dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi kimi şərtlər qoyulmuşdur.
31 Mart 2017 16:43 SosialƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 25 ünvanında yerləşən 34,9 kv.m., Salyan şəhəri, Heydər Əliyev küçəsi 98 ünvanında yerləşən 60,4 kv.m. və Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən, 75,8 kv.m. qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə müsabiqə elan etmişdir. Komitədən "Olaylar"a verilən məlumata görə, sifarişçilər qarşısında icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək, icarəyə verilən obyektin ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi, icarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması və dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi kimi şərtlər qoyulmuşdur. Müsabiqə Komissiyasının qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 25 ünvanında yerləşən sahənin icarəyə verilməsi üzrə keçirilmiş müsabiqədə aylıq icarə haqqını 200 manat məbləğində köçürülməsinin təmin edilməsini öhdəsinə götürmüş fiziki şəxs qalib elan olunmuşdur. Müsabiqənin digər qalibi Salyan şəhəri, Heydər Əliyev küçəsi 98 ünvanında yerləşən sahənin icarəyə verilməsi üzrə keçirilmiş müsabiqədə aylıq icarə haqqını 70 manat məbləğində köçürülməsinin təmin edilməsini öhdəsinə götürmüşdür.