Həyat yoldaşını qətlə yetirən saxlandı
Həyat yoldaşı Afəti bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Qəbələ rayonunun Böyük Pirəlli kənd sakini Vaqif Ağababayev tutulub. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 30-da Qəbələ şəhərində Böyük Pirəlli kənd sakini Vaqif Ağababayev ailə münaqişəsi zəminində həyat yoldaşı Afətə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Afət orada ölüb. V.Ağababayev RPŞ-nin əməkdaşları tərəfindən tutulub.
31 Mart 2017 13:50 KriminalHəyat yoldaşı Afəti bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Qəbələ rayonunun Böyük Pirəlli kənd sakini Vaqif Ağababayev tutulub. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 30-da Qəbələ şəhərində Böyük Pirəlli kənd sakini Vaqif Ağababayev ailə münaqişəsi zəminində həyat yoldaşı Afətə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Afət orada ölüb. V.Ağababayev RPŞ-nin əməkdaşları tərəfindən tutulub.