Sumqayıtda 7 otaqlı ev yanıb
Sumqayıt şəhərində 7 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin H.Z.Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan birmərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
31 Mart 2017 13:51 SosialSumqayıt şəhərində 7 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin H.Z.Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan birmərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31