"Real" alman qapıçını transfer etmək istəyir
Madridin "Real" klubu qolkiper mövqeyinə yeni futbolçu axtarışlarını davam etdirir. Əsas hədəflər "Mançester Yunayted"dən David De Xea, "Milan"dan Canluici Donnarumma və son olaraq "Bayer"in qapıçısı Bernd Lenodur.
31 Mart 2017 12:05 İdmanMadridin "Real" klubu qolkiper mövqeyinə yeni futbolçu axtarışlarını davam etdirir. Əsas hədəflər "Mançester Yunayted"dən David De Xea, "Milan"dan Canluici Donnarumma və son olaraq "Bayer"in qapıçısı Bernd Lenodur.
Milan Donarummanı satmayacağını bildirdiyinə görə, "kral" klubunun digər qapıçılar arasında seçim edəcəyi gözlənilir.
Bundesliqada 25 matç keçirən Leno millidə ilk oyununu DÇ-2018-in təsnifat mərhələsində Azərbaycana (4:1) qarşı keçirib. Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31