Autizm xəstəliyi ilə bağlı müzakirələr aparılacaq

Azərbaycanda autizm xəstəliyinə düçar olunan insanların problemləri ilə əlaqədar Milli Məclisin (MM) Səhiyyə komitəsi və Səhiyyə Nazirliyi arasında müzakirələrin aparılması və problemlərdən çıxış yolunun tapılması nəzərdə tutulur.

Azərbaycanda autizm xəstəliyinə düçar olunan insanların problemləri ilə əlaqədar Milli Məclisin (MM) Səhiyyə komitəsi və Səhiyyə Nazirliyi arasında müzakirələrin aparılması və problemlərdən çıxış yolunun tapılması nəzərdə tutulur. "Olaylar" xəbər verir ki, bunu  MM-in Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib. Ə. Əmiraslanov qeyd edib ki, bu, autizm patalogiyadır, dövlətin qayğısına ehtiyac var: "Biz Səhiyyə Nazirliyi ilə bu məsələni müzakirə etməliyik". Millət vəkili Qənirə Paşayevaisə autizm xəstəliyinə düçar olan insanların ciddi problemlərinin olduğunu bildirib.O, qeyd edib ki, həmin xəstəliklə bağlı hər hansı dövlət proqramı yoxdur, bu insanlar tamamilə diqqətdən kənarda qalıb: "Bu insanların müalicəsi ilə məşğul olan yaxşı mütəxəssislərimiz də yoxdur. Bununla bağlı autizmli xəstələrlə bağlı cəmiyyətlər də bizə müraciət ediblər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31