İş adamının oğlu evində ölü tapıldı
Türkiyənin Zonquldaq bölgəsinin Ereğli qəsəbəsində iş adamı Hasan Özdemirin oğlu evində ölü tapılıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, hadisə Müftü məhəlləsi Ömər Halis demir bulvarında yerləşən binada baş verib. 4 gün öncə gəncdən xəbər ala bilməyən yaxınları onun evinə gəliblər.
31 Mart 2017 11:31 DünyaTürkiyənin Zonquldaq bölgəsinin Ereğli qəsəbəsində iş adamı Hasan Özdemirin oğlu evində ölü tapılıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, hadisə Müftü məhəlləsi Ömər Halis demir bulvarında yerləşən binada baş verib. 4 gün öncə gəncdən xəbər ala bilməyən yaxınları onun evinə gəliblər. Qapı açılmadıqda, qapını qırıb evə daxil olan yaxınları gəncin öldüyünü görüblər. Polisə xəbər verildikdən sonra, gəncin nəşi müayinəyə götürülüb. Yaxınlarının bildirdiyinə görə gəncin hər - hansısa xəstəliyi olmayıb.