Lütfi Zadə adına Məntiq Olimpiadası keçiriləcək

Aprelin 1-də Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, olimpiadada ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinif şagirdləri iştirak edəcəklər. Məktəbdaxili mərhələdə şagirdlərə 30 test sualı təqdim olunacaq. İlk turda uğur qazanan məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.

Aprelin 1-də Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, olimpiadada ümumi təhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinif şagirdləri iştirak edəcəklər. Məktəbdaxili mərhələdə şagirdlərə 30 test sualı təqdim olunacaq. İlk turda uğur qazanan məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.

Olimpiadanın final mərhələsi mayın 6-da təşkil olunacaq. İlk turda olduğu kimi, final mərhələsində də 30 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt (90 dəqiqə) ayrılacaq. Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq. Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31