Nobel mükafatçısı vəfat etdi

Sovet və amerikan fizik-nəzəriyyəçisi, 2003-cü ildə fizika üzrə Nobel mükafatı laureatı, akademik Aleksey Abrikosov 89 yaşında vəfat edib.

Bu barədə "Exo Moskva"ya Rusiyanın keçmiş təhsil naziri Dmitri Livanov məlumat verib.

A.Abrikosov 1928-ci ildə məşhur Moskva sahibkarları olan Abrikosovların ailəsində dünyaya gəlib. O, fizikanı Lev Landaudan öyrənib, 1948-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini əla qiymətlərlə başa vurub. Abrikosov 1964-cü ildə SSRİ Elmlər Akademiyasının müxbir, 1987-ci ildə həqiqi üzvü seçilib. 1991-ci ildə İllinoysdakı Arqon milli laboratoriyasına dəvət alır. O, ABŞ-da İllinoys Universitetində və Yuta ştatındakı universitetdə dərs deyir. Böyük Britaniyada isə Lafboro Universitetində tədrislə məşğul olur. Abrikosov ABŞ vətəndaşlığını 1999-cu ildə alır.

A.Abrikosov 2003-cü ildə Vitali Ginzburq və Entoni Leqqetlə birgə Nobel mükafatına layiq görülüb. Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31