Azərbaycan, Ukrayna və Gürcüstan arasında niyyət protokolu imzalanıb

“Azərbaycan Dəmir Yolları” QSC-də “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Balçun Voytsexin başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a daxil olan məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

"Azərbaycan Dəmir Yolları" QSC-də "Ukrayna Dəmir Yolu" SC-nin İdarə Heyətinin sədri Balçun Voytsexin başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2015-ci ildə "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" imzaladığı Sərəncama uyğun olaraq, artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir. QSC sədri son vaxtlar digər marşrutlarla yanaşı, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun gücləndirilməsi istiqamətində görülən işlər də olduqca təqdirəlayiq olmasını xüsusi vurğulayıb. Daha sonra Azərbaycan və Ukrayna dəmiryolçuları arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Daha sonra görüş 3 tərəfli formatda davam edib. Tədbirdə "Gürcüstan Dəmir Yolları" SC-nin sədr müavini Aleksi Nikolaşvili danışıqları davam etdirib. Görüşün sonunda Azərbaycan, Ukrayna və Gürcüstan dəmiryolçuları arasında niyyət protokolu imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31