Əli Əmirlinin əsəri beynəlxalq  festivalda

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyənin Merzifon şəhərində Rusiya, Ukrayna, Gürcüstan və digər ölkə teatrlarının iştirak etdiyi ənənəvi beynəlxalq teatr festivalına qatılıb. Bu barədə “Olaylar” – a teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov məlumat verib.

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyənin Merzifon şəhərində Rusiya, Ukrayna, Gürcüstan və digər ölkə teatrlarının iştirak etdiyi ənənəvi beynəlxalq teatr festivalına qatılıb. Bu barədə "Olaylar" - a teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov məlumat verib. Gəncə teatrının aktyorları festivala Əməkdar artist Novruz Cəfərovun quruluşunda Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin "İyirmi ildən sonra" əsərinin tamaşası ilə qatılıblar. Tamaşada baş rollarda Xalq artisti Pərvanə Qurbanova və rejissorun özü, Əməkdar artist Novruz Cəfərov çıxış ediblər.

Festivalın yekunlarına görə Gəncə teatrının kollektivi xüsusi priz və diplomla mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31