Tramp təsdiqlədi: "Vurun!"
ABŞ Prezidenti Donald Tramp Pentaqonun Somaliyə hava hücumu ilə bağlı tələbini təsdiq edib. Hava əməliyyatında məqsəd Somalidəki "əş-Şabab" terror təşkilatının mövqelərinə zərbə endirməkdir.
31 Mart 2017 11:06 DünyaABŞ Prezidenti Donald Tramp Pentaqonun Somaliyə hava hücumu ilə bağlı tələbini təsdiq edib. Hava əməliyyatında məqsəd Somalidəki "əş-Şabab" terror təşkilatının mövqelərinə zərbə endirməkdir.
Pentaqonun mətbuat katibi Ceff Deyvis Somali və Afrika İttifaqının Somali missiyası qüvvələrinin "əş-Şabab"dan ərazi azad etdiyini deyib:
"ABŞ-ın hava hücumu həyata keçirməkdə məqsədi isə müttəfiqlərimizin təhlükəsizliyini təmin etməkdir". Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31