Gündəm
Dan Stav: "İsraillə Azərbaycan arasında münasibətlərin əsas faktorlarından biri müdafiə sahəsidir"
"Sabah İsraillə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. İsrail Azərbaycanın müstəqilliyini tanıyan 4-cü ölkədir". Bu sözləri keçirdiyi mətbuat konfransında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
Mübariz Qurbanlı: “Azərbaycandakı vəhdət namazları bir nümunədir”
“Heydər məscidində qılınan vəhdət namazı müsəlmanlara örnəkdir”. Bu sözləri İstanbulda keçirilən XX Avrasiya İqtisadiyyat Zirvəsindəki çıxışında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Çavuşoğlu: “Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə- Azərbaycan-Türkmənistan görüşləri Bakıda keçiriləcək"
“Azərbaycan və Türkiyənin - iki qardaş ölkənin xarici siyasət sahəsində əlaqələri ən yüksək səviyyədədir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Qadının başı metroda qapıda qaldı - VİDEO
Qadının vücudu vaqonda, başı isə çöldə idi. Ehtiyatsız davranan qadın bu vəziyyətdən qurtulmaq üçün çalışsa da, bir nəticə hasil olmamışdı. Perrondan keçən sərnişinlər isə yaşananlara laqeydcəsinə baxırdılar.
49 yaşlı şəxsin qurşaqdan aşağı çılpaq cəsədi tapıldı - MÜƏMMALI ÖLÜM
Türkiyənin Qaziantep şəhərində 49 yaşlı Muzaffer Topal boş bir ərazidə park etdiyi avtomobilinin yanında ölmüş vəziyyətdə tapılıb.
Ermənistan seçkidən sonra: seçicilərə verilən pullar geri alınır
Ermənistanda deputat seçilməyən namizədlər mandat almaq üçün verdikləri pulları geri istəyirlər. Gümrünün Ani bölgəsində yayılan söz-söhbətlərə görə, Sarkisyan partiyasından namizədliyi irəli sürülən şəxslərdən biri gülünc doğuran addım atıb.
Ara Papyan: "Azərbaycan erməni dövlətçiliyini məhv edir"
Azərbaycan rəhbərliyi erməni dövlətçiyini taqətdən salan taktika ilə hərəkət edir. Bu barədə İrəvanda jurnalistlərlə söhbətində "Modus Vivendi" analitik mərkəzinin rəhbəri Ara Papyan bildirib: "Azərbaycanın məqsədi bu regiondan erməni amilini yox etməkdir".
İŞİD-ə qarşı döyüş zamanı silahını yerə qoyan polisin İLGİNC ADDIMının səbəbi bilindi - YENİLƏNİB - VİDEO
İraqın Mosul şəhərində İŞİD-ə qarşı döyüşən İraq hərbçilərinin maraqlı görüntüsü yayılıb. Mosulu İŞİD-dən təmizləmək üçün başladılan əməliyyatlar çərçivəsində İraq polisləri, terrorçularla maraqlı bir üsulla döyüşüblər.
Prezident İlham Əliyev və xanımı "AITF-2017" XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olublar
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində "AITF-2017" XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və "HOREX Caucasus-2017" XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.
Məhkumun alt paltarında narkotik maddə aşkar edilib
Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların və narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.
Fikrət Məmmədov Goranboyda qəbul keçirəcək
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən aprelin 10-da Goranboy rayonunda vətəndaşların qəbulu keçiriləcək. Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə,Goranboy rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küçəsi, 27) keçiriləcək qəbulda Goranboy və Xocalı rayonlarından və Naftalan şəhərindən olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
İslam Universitetində Ümumdünya Fiziki Aktivlik Günü
Aprelin 6 – da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə İslam Universitetində “6 aprel - Ümumdünya Fiziki Aktivlik Günü”nə həsr olunmuş maarifləndirici mühazirə təşkil edib.
Narkomaniyaya qarşı səmərəli mübarizə aparılır
Azərbaycanda sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Bu mənada ölkədə narkomaniyaya qarşı mübarizə istiqamətində də müvafiq addımlar atılıb. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsindəki münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı olan 29 qanun, Azərbaycan Respublikası Prezidentinin 13 Fərmanı, 40 Sərəncamı, Nazirlər Kabinetinin 22 qərarı, 5 sərəncam, Ali Məhkəmənin Plenumunun qərarları, o cümlədən müxtəlif orqanların birgə aktları qəbul edilib.
Xarici sərmayədarların Azərbaycanda təhsil müəssisəsi açması...
Milli Məclisin Elm və təhsil komitəsində “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi aparılıb. Millət vəkili, adıçəkilən komitənin sədri İsa Həbibəyli qeyd edib ki, “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi hazırlanarkən dünya təcrübəsi öyrənilib və bu təcrübə Azərbaycan reallığına, maraqlarına və ölkənin təhsil sahəsindəki strategiyasına uyğun hesablanıb.
Struktur islahatları və onun müsbət nəticələri
Son illərin yadda qalan müsbət məqamlarından biri də bəzi sahələrdə struktur islahatlarının həyata keçirilməsidir. Həyata keçirilən islahatlar çərçivəsində ortada olan mənzərə ondan ibarətdir ki, bu islahatların reallaşdırılması vacib idi və Azəbaycan hökuməti bu istiqamətdə doğru adımlar atır. Bəs görəsən ekspertlər bu barədə nə düşünür?














