Narkomaniyaya qarşı səmərəli mübarizə aparılır

Azərbaycanda sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Bu mənada ölkədə narkomaniyaya qarşı mübarizə istiqamətində də müvafiq addımlar atılıb. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsindəki münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı olan 29 qanun, Azərbaycan Respublikası Prezidentinin 13 Fərmanı, 40 Sərəncamı, Nazirlər Kabinetinin 22 qərarı, 5 sərəncam, Ali Məhkəmənin Plenumunun qərarları, o cümlədən müxtəlif orqanların birgə aktları qəbul edilib.

Problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilib

Azərbaycanda sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Bu mənada ölkədə narkomaniyaya qarşı mübarizə istiqamətində də müvafiq addımlar atılıb. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsindəki münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı olan 29 qanun, Azərbaycan Respublikası Prezidentinin 13 Fərmanı, 40 Sərəncamı, Nazirlər Kabinetinin 22 qərarı, 5 sərəncam, Ali Məhkəmənin Plenumunun qərarları, o cümlədən müxtəlif orqanların birgə aktları qəbul edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev qeyd edi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilib, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə qəbul edilib "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" uğurla həyata keçirilməkdədir: "Belə ki, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə 2016-cı il ərzində də ölkəmizdə kompleks tədbirlər həyata keçirilib, ictimai maarifləndirmə işləri genişləndirilmiş, antinarkotik təbliğat və digər təşkilati-hüquqi tədbirlər görülüb. Ümumilikdə, hüquq-mühafizə orqanları tərəfindən 3411 fakt aşkar edilib ki, onlardan 888-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2221-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 259-u qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 43-ü isə digərləri olub. Ötən il ərzində cinayət məsuliyyətinə 2607 nəfər cəlb edilib ki, onlardan 5-i 18 yaşadək, 176-ı 18-25 yaşadək, 412-i 26-29 yaşadək, 2014-ü 30 yaşdan yuxarı, 22-si fəhlə, 5-i qulluqçu, 1-i məsul şəxs, 3-ü kənd təsərrüfatı işçisi, 1-i ali məktəb tələbəsi, 2331-i işləməyən, 2570-i kişilər, 37-si qadınlar olub. Məsuliyyətə cəlb olunanlardan 34-ü xarici ölkə vətəndaşları olub və onlardan 677 kq-dan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr götürülüb. Əcnəbilərdən 18-i İran İslam Respublikası, 8-i Gürcüstan, 4-ü Türkiyə, 1-i Qazaxıstan, 1-i Hindistan, 1-i Belarus, 1-i isə Türkmənistan vətəndaşı olub". İşçi Qrupunun rəhbərinin sözlərinə görə, 2016-cı il ərzində 2142 nəfər narkotik istifadəçisi qeydə alınmaqla xəstələrin ümumi sayı 29448 nəfərə çatıb: "Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə məhkəmənin qanuni qüvvəyə minmiş 404 hökmü üzrə müsadirə olunan barəsində məhvetmə qərarı qəbul edilmiş 938 kq-dan artıq müxtəlif növ narkotik vasitələrin, o cümlədən 13.010 ədəd psixotrop maddələrin və 4.702 ədəd çətənə kolunun məhv edilməsi təmin edilib. Həmçinin Dövlət Proqramının icra vəziyyəti ilə bağlı şəhər/rayon İcra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaların təqdim etdikləri məlumat əsasında təhlil aparılıb. Təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə yerli İcra hakimiyyəti orqanlarında seminarlar, "dəyirmi masa"lar keçirilib, asudə vaxtın səmərəli təşkili istiqamətində yeniyetmə və gənclərin idman, incəsənətlə məşğul olmalarına şərait yaradılıb. Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçün Dövlət Komissiyasının İşçi Qrupu aidiyyəti dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə Bakı şəhərinin bir çox rayonları və regionlarda tədbirlər təşkil olunub. Bundan başqa, ümumtəhsil internat məktəblərində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şagirdlər üçün "Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir" mövzusunda maarifləndirmə tədbirləri keçirilmiş, şagirdlər zəruri təbliğat materialları ilə təmin olunub. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun təşkilatçılığı ilə sağlam həyat tərzinin təbliği ilə bağlı zəruri bildiriş və əlaqə vasitələri SMS vasitəsilə "Azerfon" mobil operatoru tərəfindən 1,5 milyon abunəçiyə, "Bakcell" mobil operatoru tərəfindən 2 milyon abunəçiyə, "Azercell Telekom MMC" tərəfindən 3 milyondan çox abunəçiyə göndərilib. Beləliklə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsini, aidiyyəti orqanların və ictimai birliklərin fəaliyyətinin əlaqələndirilməsini, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrasını daim nəzarətdə saxlayır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31