Gündəm
Şabranda güzəştli kreditlərdən istifadə etməklə aqroparkın yaradılmasına başlanılıb
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu aprelin 6-da Şabran rayonunun Gəndov kəndində keçirib.
"Ermənistanda seçki prosesi qorxu və təzyiq üzərində qurulmuşdu"
“Əgər bundan öncəki təcrübə nəzərə alınsa, beynəlxalq təşkilatların Ermənistandakı seçkilərlə bağlı bəyanatların yalnız bəyanat kimi qalma ehtimalı daha da çoxalır. Bildiyiniz kimi, bu ilk hadisə deyil. Ermənistanda bütün seçkilər total saxtakarlıqla həyata keçirilib. Düşmən ölkə yeganə dövlətdir ki, burada namizədlərə qarşı silahdan istifadə olunub, saxta seçkilərə etiraz edən dinc nümayişçilər qətlə yetirilib”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Angela Merkel: "Azərbaycan yalnız regional münaqişələrin həllindən sonra tam şəkildə potensialını inkişaf etdirə biləcək"
Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Təqsirləndirilən şəxsin gizlətdiyi tapança tapıldı
Təqsirləndirilən şəxs qismində saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun gizlətdiyi tapança aşkar edilərək götürülüb.
“Ovçular” mağazasında qanunsuz tüfəng aşkarlandı
Ağcabədi şəhərindəki “Ovçular” mağazasına baxış zamanı oradan müvafiq sənədləri olmayan ov tüfəngi və vasitələri aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları Ağcabədi şəhərindəki “Ovçular” mağazasına baxış keçirib. Nəticədə müvafiq sənədləri olmayan “TOZ-17” markalı yivli ov tüfəngi, 50 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
“Hacı Əbdül" hamamında silah-sursat tapıldı
Nardaran qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən “Hacı Əbdül” hamamına baxış zamanı oradan silah-sursat aşkar edilib.
TDAV gənclik qolları başqanı cəbhə xəttinə səfər edib
Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Gənclik Qolları məzunlarından Çağlayan Tunca cəbhə bölgəsində çətin şərtlərdə yaşayan şəhid ailələri, veteranlar və məcburi köçkünlərlə görüşüb.
Ermənistanda keçirilən seçkilər gözləniləndən daha artıq saxtakarlıqlarla müşaiyət olundu
«Ermənistanda keçirilən seçkilər gözləniləndən daha artıq saxtakarlıqlarla müşaiyət olundu». “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri AŞPA-nın komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib. O, bildirib ki, Sarkisyan komandasının hələ seçkilərdən öncə inzibati resurslardan istifadə etməsi, müxalif qüvvələrə qarşı davranışları seçkinin nəticələrinin saxtalaşdırılacağından xəbər verirdi. Onun sözlərinə görə, yalnız saxtakarlığın miqyasının bu qədər böyük olması isə bu ölkədəki siyasi böhranın hansı kritik vəziyyətdə olduğunu bir daha aşkar şəkildə üzə çıxardı.
Gənc Tamaşaçılarda primyera
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Yarımçıq qalmış...” tamaşasının premyerası ictimaiyyət nümayəndələrinə təqdim olunub. Teatrdan “Olaylar” – a bildirilib ki, 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “heykəltəraşlıq” fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Y.Abramov və L.Bəyimin “Xəyalpərvər oğlan” əsəri əsasında hazırlanıb. Yeni səhnə əsərinin quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Ella Hacıyeva, rejissor assistenti isə Sevda Hacışəmiyeva, mahnıların ifaçısı Çinarə Məlikzadədir.
Sarkisyan hakimiyyətə qarşı "müxalif" partiyalar yaradır
Ermənstan prezidenti Serj Sarkisyan 2018-ci ili gözləmədən bu gün "Çiçəklənən Ermənistan" Partiyasının taleyini həll edəcək. Belə ki, partiyanın "müxalifətdə" olması, ya da hakim partiya ilə koalissiyaya daxil olması məlum olacaq.
Dağıstandakı qiyama görə Azərbaycanda bahalaşma gözlənilir
Dağıstanda TIR sürücülərinin martın 27-dən bəri “Platon sistemi”inə etiraz olaraq başlatdıqları tətil Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalara ciddi zərbə vurub.
Yol polisi cərimə yazılan “Təcili yardım” maşını haqda
Ağdaş Mərkəzi Xəstəxanasından ağır infark diaqnozu ilə Bakıya köçürülməli olan xəstəni aparan təcili tibbi yardım maşını 310 manat cərimələnib. Bu barədə adının açıqlanmasını istəməyən Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım maşınının sürücüsü məlumat verib.
Respublikaçı senatorlar Trampı Əsədə qarşı kəskin addım atmağa çağırdılar
“Prezident Donald Tramp Suriyada proseslərin gedişatını dəyişdirəcək”. “TRTHaber” bildirir ki, bunu Arizona ştatının Respublikaçılar Partiyasından olan senatoru Con Makkeyn bildirib.
Türkiyə hökuməti: İdlibdə kimyəvi silahdan istifadə edildiyi sübut olunub
Türkiyənin ədliyyə naziri Bekir Bozdağ Suriyanın İdlib şəhərində hərbi təyyarələrin havazərbəsindən sonra zəhərli qazdan ölənlərin meyitləri üzərində aparılan analitik ekspertizanın ilkin nəticələrini açıqlayıb.
DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 9-da Azərbaycan dilindən (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahan keçirəcək.














