Təqsirləndirilən şəxsin gizlətdiyi tapança tapıldı

Təqsirləndirilən şəxs qismində saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun gizlətdiyi tapança aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxs qismində saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun gizlətdiyi tapança aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, 2016-cı il mayın 12-dən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında təqsirləndirilən şəxs qismində saxlanılan Etibar Məmmədovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi və İstintaq Təcridxanası əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində borunun içərisində gizlətdiyi kisəyə bükülmüş "Olympic" markalı tapança aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31