TDAV gənclik qolları başqanı cəbhə xəttinə səfər edib
Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Gənclik Qolları məzunlarından Çağlayan Tunca cəbhə bölgəsində çətin şərtlərdə yaşayan şəhid ailələri, veteranlar və məcburi köçkünlərlə görüşüb.
6 Aprel 2017 15:12 SosialTürk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Gənclik Qolları məzunlarından Çağlayan Tunca cəbhə bölgəsində çətin şərtlərdə yaşayan şəhid ailələri, veteranlar və məcburi köçkünlərlə görüşüb. TDAV-dan "OLAYLAR"-a bildirilib ki, Tərtər, Bərdə və Ağdamda olan Çağlayan Tunca 270 ailəyə qurban əti və ərzaq paylanyıb. Azərbaycanlı ailələr, Türkiyənin Azərbaycana etdiyi dəstəyi heç bir zaman unutmadıqlarını bildiriblər. Tunca isə öz növbəsində qeyd edib ki, Azərbaycan Türklüyü üçün lazım olsa canımızı da verə bilərik. O, qeyd edib ki, Azərbaycan bayrağının Qarabağda dalğalanacağı günlər yaxındadır.